"Yaşat" fondu indiyə qədər 26 milyon manat vəsait toplayıb, 1 milyon xərcləyib

"Yaşat" fondu indiyə qədər 26 milyon manat vəsait toplayıb, 1 milyon xərcləyib
14 Yanvar 2021
Mətni dəyiş
Fonda daxil olan vəsaitin 1 198 278, 49 manatı xərclənib. Vəsaitin qalığı isə 25 196 572,18 manatdır. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitin məbləği açıqlanıb. "YAŞAT" fondunun mətbuata verdiyi hesabatda deyilir ki, indiyədək fondda 26 394 850,67 manat toplanıb. Həmin vəsaitdən 15 594 763,57 manat fiziki şəxslər, 10 800 087,1 manat isə hüquqi şəxslər tərəfindən ödənilib. Fonda daxil olan vəsaitin 1 198 278, 49 manatı xərclənib. Vəsaitin qalığı isə 25 196 572,18 manatdır. Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərman imzalayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun