'Washington Post' prezidentin səs yazısını yayıb: Tramp ştat katibini saxtakarlığa məcbur edir

'Washington Post' prezidentin səs yazısını yayıb: Tramp ştat katibini saxtakarlığa məcbur edir
4 Yanvar 2021
Mətni dəyiş

"Washington Post" qəzeti ABŞ prezidenti Donald Trampla Corciya ştatının katibi respublikaçı Bred Raffensperger arasındakı telefon danışığının səs yazısını yayıb. 

Təxminən 1 saat davam edən görüşdə Tramp seçkilərdə saxtakarlıq olduğunu və Corciya ştatında özünün qalib gəldiyini bildirib.

Tramp Raffenspergerə seçki nəticələrini onun lehinə çevirməsi üçün təzyiq göstərib.

Danışıq zamanı Tramp deyib ki, tək istədiyim şey qazandığımız səslərdən biraz artıq olan 11780 səsi toplamaqdır, onsuz da Corciyanı biz qazanmışıq.

Rəsmi nəticələrə görə, Demokrat rəqibi Co Baydenin 11779 səs fərqi ilə qazandığı Corciya ştatında saxtakarlıq edildiyini idda edən Tramp bildirib ki, bəzi məntəqələrdə seçki nəticələri qanunsuz ləğv edilib. Ona görə də onun xeyrinə dəyişdirilməlidir.

Corciyadakı seçkilərə görə Corciya sakinlərinin narazı olduğunu bildirən Tramp deyib ki, səsləri yenidən saymağınızı deməkdə yanlış bir şey yoxdur.

Digər tərəfdən Tramp 'Twitter' hesabında mövzu ilə əlaqədar açıqlama verib və Respublikaçı katibin əyalətdəki seçki saxtakarlığı ilə bağlı heç bir fikrinin olmadığını bildirib.

Raffensperger isə 'Twitter' hesabında Trampın yazdığını 'retvit' edərək, "Hörmətli cənab prezident: Dedikləriniz doğru deyil, həqiqət ortaya çıxacaq", - deyə qeyd edib.

ABŞ-da 3 noyabrda keçirilən prezident seçkilərinin vacib əyalətlərindən biri olan Corciyada nəticələr 11 min 779 fərqlə Co Baydenin lehinə qeydə alınıb.

Ştatdakı seçki nəticələri ilə əlaqədar Tramp və qrupunun məhkəmə müraciətləri cavabsız qalıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun