Ukraynada 'Hitler' ləqəbli neonazi lideri həbs edilib

Ukraynada 'Hitler' ləqəbli neonazi lideri həbs edilib
7 Yanvar 2021
Mətni dəyiş

Ukraynanın Təhlükəsizlik Xidməti bir neonazi qrupunun "Hitler" ləqəbli liderinin paytaxt Kiyevdə saxlanıldığını açıqlayıb.

Açıqlamada bildirilib ki, neonazi qrupunun üzvləri Yeni Zelandiyanın Christchurch şəhərindəki iki məscidə hücum edərək 51 nəfəri ölümündə günahlandırılan Brenton Tarrantın tərəfdarlarıdır, qrup liderindən terror aktları üçün təlimat aldıqları qeyd olunub.

Qrup liderinin "E-poçt və mesajlaşma xidmətləri vasitəsi ilə "Tarrantın manifesti" də daxil olmaqla, irqi və dini motivli terror hücumlarına dair çağırış və təlimatları özündə ehtiva edən materialları yaymaq üçün gizli bir şəbəkə qurduğu bildirilib.

Qrup üzvlərinin "Tarrant manifestini" Ukrayna və Rus dillərinə tərcümə edərək, broşura şəklində payladığı bildirilib.

"Hitlerin" cinayətkar fəaliyyətinə dair sübutlar əldə etdiklərini açıqlayan Təhlükəsizlik Xidməti, axtarış zamanı qadağan olunmuş ədəbiyyat və neonazi işarələrinin ələ keçirildiyini bildirib. Qrup lideri "açıq şəkildə terror aktlarına çağırış" ittihamı ilə günahlandırılır. Bu ittihamla şəxs 5 ilə qədər həbs oluna bilər və ya sərvəti müsadirə oluna bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun