Türkiyə NATO qüvvələrinin komandanlığını öz üzərinə götürüb

Türkiyə NATO qüvvələrinin komandanlığını öz üzərinə götürüb
2 Yanvar 2021
Mətni dəyiş

Türkiyə Ukrayna böhran əsnasında Rusiyaya qarşı çəkindirici qüvvə olaraq qurulan Çox Yüksək Hazırlıqlı Birgə İş Qüvvəsinin (VJTF) komandanlığını Polşadan götürüb.

2019-cu ildə Almaniya, 2020-ci ildə Polşanın rəhbərlik etdiyi qüvvələrin rəhbərliyi 31 dekabr 2021-ci il tarixinə qədər Türkiyədə olacaq.

Türkiyə Silahlı Qüvvələri ümumilikdə 6400 nəfərlik əsgər heyətinə 4.200 piyada ilə dəstək verəcək. Qalan 2 min 200 əsgər Albaniya, Macarıstan, Çernoqoriya, Polşa, Rumıniya, İtaliya, Latviya, Slovakiya, İspaniya, İngiltərə və Amerika ordularından olan əsgərlərdən ibarət olacaq.

NATO-dan verilən açıqlamada qeyd olunub ki, 4 min 200 nəfərlik Türkiyə əsgəri Türkiyədə istehsal olunan ən son hərbi-texniki vasitələri ilə birlikdə VJTF-ya qoşulub.

Əsas vəzifə Rusiyanı çəkindirməkdir

Rəsmi olaraq Çox Yüksək Hazırlıqlı Birgə İş Qüvvəsi (VJTF) adlandırılan və NATO-nun "Nizə ucu" olaraq xarakterizə edilən qüvvələr, Ukrayna Böhranı dövründə Rusiyaya qarşı çəkindirici qüvvə olaraq yaradılmışdı.

VJTF-nin gözlənilmədən verilən döyüş tapşırıqlarına çox sürətli reaksiya verən bu komando, lazım gəldiyi təqdirdə 72 saat ərzində döyüş bölgələrinə göndərilməyə hazır olmalıdır.

NATO-Türkiyə münasibətlərinin bir göstəricisi

Türkiyə VJTF-nin rəhbərliyini götürməsi, NATO ölkələri ilə arasında hansı problemin olmasına baxmayaraq hərbi birliyin sonuna qədər davam edəcəyinin bir nümunəsi kimi göstərilir.

ABŞ-ın sanksiyalarından bir müddət əvvəl Türkiyə Rusiyadan S-400 hava müdafiə sistemlərinin alınmasına qərar vermişdi. Bundan başqa, Avropa Birliyi Şərqi Aralıq dənizindəki təbii qaz axtarış səbəbindən Türkiyəylə bağlı sanksiyalar məsələsini müzakirə etmşdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun