Rusiyanın Yakutiya respublikasında yeni zəngin qaz yatağı kəşf olunub

Rusiyanın Yakutiya respublikasında yeni zəngin qaz yatağı kəşf olunub
14 Yanvar 2021
Mətni dəyiş

Rusiya dövlət neft şirkəti "Rosneft"-in nəzdində fəaliyyət göstərən "Taas-Yuryah Neftegazodobıça" şirkətinin Saxa Respublikasının Nijnedjerbinskiy kəşfiyyat sahəsindəki kəşfiyyat qazma işləri nəticəsində yeni bir böyük qaz yatağı kəşf etdiyi bildirilib.

Bu barədə Rusiyanın Dövlət Neft Şirkəti Rosneft açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, bu yeni kəşf sayəsində dövlət ehtiyyatlarının balansına 75 milyard kubmetrdən çox qaz və 1,4 milyon ton maye təbii qaz əlavə ediləcək. Açıqlamada bildirilib ki, mütəxəssislər yataqda sənaye qazı olduğunu və yüksək səmərəliliyə malik olduğunu təsdiqləyiblər. Rusiya Federasiyasının Saxa Respublikasında (Yakutiya) 10 kəşfiyyat sahəsində fəaliyyət göstərən Taas-Yuryah Neftegazodobıça şirkəti Rosneftin Şərqi Sibirdəki ən böyük sərvətlərindən biri olan Srednebotuobinskoe neft və qaz yatağını da idarə edir. Rusiya Avropanın təminatçısı rolunda Dünya qaz ehtiyatlarının 1/3-i hasilatının 20%-i Rusiyanın payına düşür. Dünyanın ən iri təbii qaz hasilatçısı Rusiyada səmt qazının payı 10-15% təşkil edir. 2013-cü il göstəricilərinə görə, Rusiya Federasiyası ildə 669 milyard kub metr təbii qaz istehsal etməklə dünyanın ikinci ən böyük qaz istehsalçısı və illik 196 milyard kub metr qaz ixracatı ilə dünyadakı ən böyük təbii qaz ixracatçısıdır. Rusiya Federasiyası Avropa Birliyində istehlak edilən təbii qazın 25%-ni təmin edir. Hesablamalara görə Rusiya həm də dünyada ən böyük təbii qaz ehtiyatlarına malikdir (48 trilyon kub metr). OPEC hesablamalarında da Rusiya 49 trilyon kub metr ilə dünyada ən böyük təbii qaz ehtiyatlarına malik ölkə kimi göstərilir, bu da dünyadakı təbii qaz ehtiyatlarının 24%-ni təşkil edir. Lakin BP öz hesablamalarında Rusiya 33 trilyon kub metr təbii qaz ehtiyatına malik ölkə kimi İrandan sonra ikinci yerdə göstərir. ABŞ Geologiya Tətqiqatlarına əsasən Rusiya həmçinin əlavə olaraq 6,7 trilyon kub metr olmaqla ən böyük kəşf edilməmiş təbii qaz ehtiyatlarına malik ölkə kimi təqdim edilir. Rusiya ildə 457 milyard kub metr təbii qaz istehlak edir və bu göstəriciyə görə ABŞ-dan sonra dünyada ikinci yeri tutur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun