Rusiya XİN sözçüsü: "ABŞ-dakı jurnalistlərimizə xüsusi xidmət orqanları əməkdaşlıq təklif edir"

Rusiya XİN sözçüsü: "ABŞ-dakı jurnalistlərimizə xüsusi xidmət orqanları əməkdaşlıq təklif edir"
15 Yanvar 2021
Mətni dəyiş
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Amerikada yaşayan rus jurnalistlər Amerikanın Xüsusi Xidmət Orqanlarından əməkdaşlıq təklifləri alırlar. Mariya Zaxarova özünün feysbuk hesabında qeyd edib ki, kəşfiyyat orqanları davamlı olaraq bu ölkədə çalışan rus jurnalistlərə yaxınlaşır və onları əməkdaşlığa təhrik edir. Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Amerikada hava limanında rus jurnalistlərin saxlanılması artıq davamlı hal alıb və demək olar ki, adiləşib. "Bu pis təcrübə 2018-ci ilin noyabrında 20 xüsusi xidmət orqanı əməkdaşının Rusiya Federasiyası İctimai Palatasının İnformasiya ictimaiyyətinin, kütləvi informasiya vasitələrinin və kütləvi kommunikasiyaların inkişafı üzrə Komissiyasının rəhbəri Aleksandr Malkeviçi Vaşinqtonda dindirməsi ilə başlayıb", - deyə Mariya Zaxarova bildirib. Kəşfiyyat orqanları Malkeviçin telefonunda və kompüterində olan bütün məlumatları götürdükdən sonra, onu sərbəst buraxıblar. Malkeviç Amerikanın Ədliyyə Nazirliyi tərəfindən xarici ölkənin agenti kimi qara siyahıya salınıb. Zaxarova qeyd edib ki, 2020-ci ildə ən səs-küylü hadisə "Russia Today (RT)"-nin müxbirinin Nyu-Yorka girişi və çıxışı zamanı Amerika Xüsusi Xidmət Orqanları tərəfindən iki dəfə dindirilməsi olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun