Rusiya "TikTok"-dan uşaqları kütləvi aksiyalara çağıran paylaşımların silinməsini istəyir

Rusiya "TikTok"-dan uşaqları kütləvi aksiyalara çağıran paylaşımların silinməsini istəyir
21 Yanvar 2021
Mətni dəyiş

Rusiya TikTokda qanunsuz kütləvi aksiya çağrışlarından narahatdır.

Rusiya Federal İnformasiya Texnologiyaları və Sosial Şəbəkələrə Nəzarət İdarəsi (Roskomnadzor) TikToka məktubla müraciət edib və tələbəb edib ki, yetkinlik yaşına çatmayan şəxsləri qanunsuz kütləvi aksiyalarda iştiraka çağıran paylaşımlar silinməlidir və bu bir qaydaya salınmalıdır.

İdarə mətbuatı da bu cür informasiyaların yayılmasının qarşısını almağa çağırıb. İdarə bildirib ki, TikTok-da yetkinlik yaşına çatmayan şəxsləri kütləvi etiraz aksiyalarında iştiraka çağıran məlumatların silinməsi ilə əlaqədar, artıq Rusiya Baş Prokurorluğu şirkətə müraciət göndərib.

Göndərilən müraciətdə qeyd olunub ki, narahatlıq doğuran bu məqamları aradan qaldırmağınızı xahiş edirik: "Roskomnadzor bütün sosial medianı, məlumat mənbələrini və mətbuatı yetkinlik yaşına çatmayan şəxslərin qanunsuz fəaliyyətlərə cəlb edilməsinə, qanunsuz nümayişlərdə iştirak etməsinə və uşaqlar üçün təhlükəli nəticələrə səbəb olacaq hər hansı bir hərəkəti etməyə dair çağırışları ehtiva edən qanunsuz məlumatların yayılmasının qarşısını almağa çağırır", - deyə Rusiya Federal İnformasiya Texnologiyaları və Sosial Şəbəkələrə Nəzarət İdarəsinin məlumatında qeyd olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun