Rusiya Açıq Səma Müqaviləsinindən çıxır: "Amerikanın müttəfiqləri təklifləri qəbul etmir"

Rusiya Açıq Səma Müqaviləsinindən çıxır: "Amerikanın müttəfiqləri təklifləri qəbul etmir"
16 Yanvar 2021
Mətni dəyiş

Rusiya Xarici İşlər Nazirliyi 35 ölkəni əhatə edən və müqavilə tərəflərinin bir-birlərinin hava məkanında silahsız müşahidə uçuşları həyata keçirməsinə imkan verən Açıq Səma Müqaviləsinindən çıxmaq üçün prosedurları başlatdığını elan edib.

Açıqlamada xatırladılıb ki, ötən il Amerika da bu müqavilədən çəkilib.

ABŞ-ın müqavilədən çıxmasının mənafelər balansını pozduğunu və razılaşmaya zərər verdiyini vurğulayan açıqlamada bildirilib ki, Rusiya razılaşmanın davam etməsi üçün müqavilə tərəflərinə təkliflər verib, ancaq Rusiyanın bu mövzuda təklifləri Amerikanın müttəfiqləri tərəfindən qəbul edilməyib.

ABŞ ötən ilin noyabr ayında Rusiyanı müqavilənin şərtlərini pozmaqda ittiham edib, müqavilədən çəkilib. Rusiya isə ittihamları rədd edib.

Açıq Səma Müqaviləsi 1992-ci il martın 24-də Helsinkidə imzalanıb. Müqaviləyə qoşulan dövlətlər potensial və faktiki hərbi fəaliyyətlər haqqında məlumat toplamaq üçün müqavilənin digər tərəflərinin əraziləri üzərində müşahidə uçuşları həyata keçirə bilərlər.

Bu müqvilə 2002-ci ildən qüvvədədir. Sənəd iştirakçılara bir-birinin silahlı qüvvələri və hərbi tədbirləri sahəsində informasiya toplamağa imkan verir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun