Rus müxalifətinin lideri Navalni ölkəyə qayıdır. Kreml çarəsiz qalıb [analitika]

Rusiya müxalifətinin liderlərindən biri, tanınmış aktivist Aleksey Navalni Rusiyaya geri qayıtma tarixini açıqlayıb. O elan edib ki, yanvarın 17-də onu qarşılamaq istəyən hər kəsi Moskvanın Vnukovo hava limanına dəvət edir. Kremllə ölkənin əsas müxalifətçisinin arasındakı növbəti mübarizə raundu onu göstərir ki, Navalni vəziyyətin daha da gərginləşməsinə hazırdır, hakimiyyət isə hələlik ona qarşı heç nə düşünə bilməyib. Əgər hakimiyyət Navalnini saxlamaq üçün heç bir şey eləməsə yanvarın 17-də o artıq Rusiya torpağına enəcək.

 

Kremlin Navanliyə göndərdiyi ismarıcların xeyri olmayıb

Son dövr Rusiya höküməti dəfələrlə Aleksey Navalniya üstüörtülü və açıq ismarıclar göndərib ki, Rusiyaya qayıtmasın. Kremil ona çatdırmağa çalışıb ki, burda müxalifətçiləri cinayət işləri, ölüm təhlükəsi, həbsxana gözləyir. Hal-hazırda Rusiyada Navalniya qarşı vergidən yayınma, fırıldaqçılıq və s. maddələrlə bir neçə cinayət işi açılıb.

Siyasətçi Rusiyaya qayıtma niyyətini elan etdikdən sonrakı gün Cəzaların İcrası üzrə Federal Xidmət məhkəməyə müraciət edib. Bunun Kremlin əmri ilə olduğu gün kimi aydındır. Navalni də öz addımını inamlı atıb, gəlişini elan etməklə ictimaiyyətin və KİV-in diqqətini öz üzərinə çəkib. Artıq Facebook sosial şəbəkəsində “event” yaradılaraq 17 yanvar günü insanların Navalnini qarşılamasına çağırış edilib.

Aleksey Navalni tərəfdarları ilə birgə mitinqdə.

Navalninin qayıdışı: qarşısını kəsmək də olmaz, ölkəyə buraxmaq da.

Kreml Navalnini həbsə atacağı ilə bağlı elə səs-küylü bəyanatlar verirdi ki, onun qayıdışını heç hesaba qatmamışdı. Hökümət zəiflik və qətiyyətsizlik nümayiş etdirmək də istəmir. İndi müxtəlif ssenarilər mövcuddur. Ya Navalnini təyyarənin çıxışında sərnişinlər və ekipaşın gözü önündən həbs edəcəklər və həbs olunma videosu internetdə yayılıacaq, ya da başqa yolla zərərsizləşdirməyə çalışacaqlar. Məsələ ordadır ki, Kreml onun nümayişkəranə şəkildə, tərəfdarlarının və başqa sərnişinlərin gözü önündə həbs etməyin ölkə üzrə etirazlar doğuracağını bilir və çox güman ki bu addımı atmayacaq.

Kreml sadəcə Navalnini qorxutmaq istəyir, bu problemi isə necəsə həll etmək lazımdır. Müxalifət liderini ölkəyə buraxmaq və ondan bir həftə sonra məhkəməyə çağıraraq həbsə atmaq elə də ağıllı tədbir deyil, çünki bu onun əvvəlcə sui-qəsdə məruz qalması, sui-qəsddən sağ çıxması, sonra da qalib əsasıyla ölkəyə qayıtması və həbsdən qorxmaması effektini yaradaraq onu qəhramanlaşdıracaq. Deyəsən, Kremlin Navalniya qarşı istənilən addımı onu güclü və qalib kimi göstərəcək cəmiyyətə.

 

Kremlin B planı varmı?

Bir versiya da var. Çox adam gözləyir ki, Kreml Aleksey Navalnini yanvarın 17-də Moskvaya gətirəcək təyyarənin Vnukovo hava limanına yox, başqa hava limanına yönləndirəcək. Ancaq istənilən belə addım yenə də ancaq bir şeyi təsdiqləyəcək, Kremlin Navalni qarşısında qorxusu və daha əsası isə xalqın Navalniyə görə küçələrə çıxma ehtimalından yaranan qorxu.

Hökümətin özünün özünə yaratdığı bu problemdən heç cür çıxış yolu yoxdur. Əvvəlcə payızda Navalniyə qarşı sui-qəsd edildi, sonra hökümət sui-qəsdi araşdırmaqdan boyun qaçırdı, Putin bu barədə qəribə və ikrah dolu açıqlamalar verdi, beynəlxalq araşdırmaçı jurnalistlərin müxalifət liderinə qarşı sui-qəsdi araşdırıb təsdiqləməsi onun nüfuzunu və tərəfdarlarının sayını sürətlə artırdı. Beləliklə Navalni adi müxalif fəaldan müxalifət liderinə çevrilməyə başlayır.