Qarabağ separatçılarının lideri ermənilərin hərbi mövqelərinə baxış keçirib [video]

Dağlıq Qarabağdakı qondarma rejimin prezidenti Arayik Harutyunyan 2021-ci ilin ilk günü separatçıların hərbi mövqelərinə səfər edib, səngərlərə, bunkerlərə baxış keçirib.

Bu barədə A.Haruntunyan ‘Facebook’ səhifəsində video yayımlayıb. Separatçıların lideri mövqeləri Rusiyada hərbi jurnalist kimi tanınan Semyon Peqovla birlikdə gəzib.

Arayik Harutyunyan bildirib ki, Qarabağda ordu quruculuğuna yenidən start verib.

“Bu gün cəbhə xəttinə getməyinin əsas məqsədi budur ki, vətənin müdafiə sistemi xüsusi diqqət mərkəzində olmalı və aparıcı ölkələrin təcrübəsinə etibar etməlidir”.

Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğu Arayik Arutunyan və Semyon Peqov haqqında bir neçə maddə ilə cinayət işi açıb və beynəlxalq axtarışa verib.

Əvvəlki məqalə‘The Guardian’ Ərdoğanı seçilmiş “diktator” lider adlandırır
Növbəti məqalədəQarabağda Rusiya sülhməramlılarının təhlükəsizliyi gücləndirilir