Papa Fransisk və Ayətullah Əli Sistani görüşəcəklər

Papa Fransisk və Ayətullah Əli Sistani görüşəcəklər
28 Yanvar 2021
Mətni dəyiş

Koronavirus epidemiyasının dünyada sürətlə yayılmasından bu günə kimi ilk dəfə İtaliya xaricinə səfərə hazırlaşan Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin İraq ziyarətinin detalları dəqiqləşir.

Məlumata görə, dini lider mart ayında İraq səfərində şiə dini lideri Ayətullah Əli Sistani ilə görüşəcək.

İraqdakı Xaldey Katolik Kilsəsinin Patriarxı Louis Sako görüşlə bağlı yayılan məlumatları dəqiqləşdirən zaman bildirib ki, nəzərdə tutulan görüş rəsmi xarakter daşımayacaq. Onun sözlərinə görə, bu səmimi bir ziyarət olacaq.

O açıqlamasında bildirib ki, iki lider arasında baş tutacaq görüşdə "Dünyada sülh üçün insan qardaşlığı" adı altında bəyanat da imzalanacaq.

Papa Fransiski İraqı ziyarət edən ilk Papa olacaq. Paytaxt Bağdad, Mosul və Ur şəhərlərini əhatə edən səfərin 5-8 Mart tarixlərində reallaşdırılması planlaşdırılır.

Məlumatlara görə, İraqda 400 min xristian yaşayır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun