Pandemiyaya baxmayaraq keçən il Paşa Bankın xalis mənfəəti 30 faiz artıb

Pandemiyaya baxmayaraq keçən il Paşa Bankın xalis mənfəəti 30 faiz artıb
15 Yanvar 2021
Mətni dəyiş
"PAŞA Bank" ASC 2020-ci ili 84,252 milyon manat xalis mənfəətlə başa vurub. Bu haqda bankın illik maliyyə hesabatında deyilir. Hesabata görə bu, 2019-cu ilə nisbətən 29,5% çoxdur. Ötən il "PAŞA Bank"ın əməliyyat gəlirləri 313,395 milyon manat (illik müqayisədə 14,9% çox), əməliyyat xərcləri 188,945 milyon manat (15,4% çox), xüsusi ehtiyatlara ayırmaları 11,537 milyon manat (2,3 dəfə az), gözlənilməz gəlirləri 107 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 28,768 milyon manat (64,5% çox) təşkil edib. Bu il yanvarın 1-nə "PAŞA Bank"ın aktivləri 5 513,021 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 15,6% çoxdur. Bunun 2 060,484 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 17,5% böyüyüb. Hesabat dövründə "PAŞA Bank"ın öhdəlikləri 15,8% artaraq 4 971,876 milyon manata, o cümlədən depozit portfeli 12% artaraq 4 014,761 milyon manata, balans kapitalı isə 13,7% artaraq 541,145 milyon manata, o cümlədən nizamnamə kapitalı 6,5% artaraq 354,512 milyon manata çatıb. Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Bankın səhmlərinin 56,8%-i "PAŞA Holdinq" MMC-yə, 28,2%-i "Ador" MMC-yə, 15%-i isə Arif Paşayevə məxsusdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun