Navalnı Rusiyanı çətin vəziyyətdə qoyub, Avropa Parlamentidən Şimal Axını 2-yə sanksiya çağırışı

Avropa Parlamenti Rusiya müxalifətinin lideri Aleksey Navalnının həbsi ilə əlaqədar qərar qəbul edərək, Avropa Birliyini Rusiyanın Şimal Axın-2 qaz kəmərinə sanksiyalar qoymağa və Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlər görməyə çağırıb.

Avropa Parlamenti Rusiyanı Navalnı ilə yanaşı, onun dönüşü zamanı hava limanında və Moskva küçələrində həbs olunan insanları da dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa çağırıb. Qeyd olunub ki, həmin şəxslərin də vəziyyətləri yaxından izlənilir.

Qərarda Avropa Parlamentinə və Avropa Birliyinə üzv ölkələrə də müraciət edilib ki, xarici siyasətlərindəki fərqli sahələrdə Rusiya ilə qurulan münasibətləri yenidən nəzərdən keçirsinlər.

Parlament Navalnı ilə bağlı ciddi mövqe tutmağa, həbsində cavabdeh olan fiziki və hüquqi şəxslərə məhdudiyyətlər qoymağa çağırıb.

Qərarın mətnində ayrıca qeyd olunub ki, Putin rejimi ilə əlaqəli olan oliqarxlara, Putinin yaxın çevrəsinə, Avropa Birliyində hansısa formada iştirak edən, amma müstəqil hərəkət imkanları olan aktiv media təbliğatçılarına sanksiya tətbiq olunsun.

Sənədə 581 deputat səs verib. Onlardan 64-ü qərarın əleyhinə səs verib, 44-ü isə bitərəf qalıb.

Avropa Komissiyasının 2021-ci ildə xarici siyasət və təhlükəsizlik istiqamətində fəaliyyəti üçün əsas prioritetləri müəyyənləşdirən hesabat Avropa hökumətinə tövsiyə xarakteri daşıyır.

“Bir-birimizlə danışmalıyıq ki, kimin Rusiya ilə qaz ticarəti etmək istəyi var və bu asılılığı nə qədərdir”

Almaniya kansleri Angela Merkel Avropa Parlamentinin bu qərarını əsassız qərar hesab edib.

Merkel mətbuat konfransında bildirib ki, məsələ Amerikanın Rusiya ilə neft və qaz sahəsində hansısa münasibətlərinin olmaması deyil. Məsələyə ümumi baxış olmalıdır, bir-birimizlə danışmalıyıq ki, kimin Rusiya ilə qaz ticarəti etmək istəyi var və bu asılılığı nə qədərdir? Danışıb, müəyyən etməliyik: “Bu sərhədsiz sanksiyaların gərəksiz olduğunu düşünürəm”, – deyə o, vurğulayıb.

Şimal Axını-2 layihəsi Baltik dənizi altından Rusiyadan Almaniyaya illik gücü 55 milyard kubmetr olan iki təbii qaz kəmərinin çəkilməsini nəzərdə tutur.

Bu sanksiyalar Rusiya ilə yanaşı Avropada da mənfi təsirlər yaradır

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova birbaşa Avropa Parlamentini tənqid etməsə də, Amerikanın Şimal Axını-2 layihəsinə sanksiyalarını ədalətsiz və rəqabət mühitinin qanunsuz pozuntusu kimi qəbul etdiklərini bildirib: “Bu sanksiyalar Rusiya ilə yanaşı Avropa birliyi ölkələrinin də iqtisadiyyatına və həyatına çox ciddi mənfi təsirlər yaradır. Ümumilikdə isə bir daha bildirmək istəyirik ki, qanunsuz sanksiyalar ölkəmizin beynəlxalq arenadakı əsas siyasətinə təsir etməyib və bundan sonra da təsir etməyəcək. Düşünürəm ki, bu, indi bir aksiomdur”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Şimal Axını 2-yə ABŞ sanksiyaları

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Rusiya təbii qazını Avropaya nəql edəcək Şimal Axını-2 layihəsinə qarşı sanksiya tətbiq edib və bu boru kəmərinin tikintisində iştirak edən şirkətlərdən dərhal fəaliyyətlərini dayandırmağı tələb edib.

Bir yanvardan etibarən qüvvəyə minən Şimal Axını-2 sanksiyaları tikintinin başa çatdırılması üçün zəruri olan sığorta və sertifikat xidmətləri göstərən şirkətləri və xəttin inşasında iştirak edən gəmilərə xidmət göstərən şirkətləri hədəf alıb.

Bu günlərdə Danimarkanın “Ramboll” şirkəti ABŞ sanksiyaları səbəbiylə Şimal Axını-2 qaz kəmərinin tikintisinin tamamlanmasında iştirak etməkdən çəkilməli olub.

Bundan başqa, üç yanvarda Norveçin “Det Norske Veritas” şirkəti də Şimal Axını-2 layihəsində iştirakdan imtina etmişdi.