Navalnı işi: "Rusiyaya Amerikadan başlayan bir təzyiq prosesinə yol açacaq"

Navalnı işi: "Rusiyaya Amerikadan başlayan bir təzyiq prosesinə yol açacaq"
19 Yanvar 2021
Mətni dəyiş

Bu günlərdə Almaniyadan Rusiyaya qayıdan Navalnı elə Moskvada hava limanındaca həbs edildi. Müxalifət lideri ölkəyə qayıtmazdan əvvəl onunla bağlı cinayət işinin açıldığı hər kəsə bəlli idi və açığı həbsi həm gözlənilirdi, həm də yox. 

Həbsi ona görə gözlənilirdi ki, Navalnıya həm vergidən yayınmaq, həm də məhkəmənin təyin etdiyi cəzadan yayınmaq ittihamları ilə cinayət işi açılmışdı. Həbsi ona görə gözlənilmirdi ki, hər kəs düşünürdü ki, bu həbs onsuz da gərgin olan Rusiya - Qərb münasibətlərini daha da gərginləşdirəcək.

Ancaq həbs baş verdi, Navalnı müalicəsini bitirib ölkəsinə qayıtdı - hava limanında həbs olundu. Dərhal sonra Amerika, Avropa ölkələri, Avropa Birliyi və Avropa Şurası bu həbsi pisləyib, Rusiyanı Navalnını heç bir şərt irəli sürmədən azadlığa buraxmağa çağırdı.

Bəs görəsən, bu həbs Rusiyaya hansı yeni gərginliklər yaradacaq? Bu həbsə adekvat cavablar olacaqmı?

Politoloq Şahin Cəfərli deyir ki, Navalnın həbsinin Rusiyada planlaşdırılan hakimiyyətin ötürülməsi prosesi ilə sıx əlaqəsi var. Onun sözlərinə görə, Navalnın həbsi həm də bu il Rusiyada Dövlət Dumasına keçiriləcək seçkilərlə əlaqəlidir.

"Bilirsiniz ki, Rusiyada Putinin varis axtarışına və hakimiyyəti həmin varisə verəcəyinə dair söz-söhbətlər artıb, xüsusən də səhətində olan problemlər barədə Qərb mətbuatında da yazılar çıxmışdı. Sırf buna görə də ola bilər ki, Navalnını zərərsizləşdirmək istəyirlər. Eyni zamanda, bu il Rusiya Dövlət Dumasına seçkilər keçiriləcək və bu seçkilər Putinin planları baxımdan çox önəmlidir. Putin istəyit ki, hakim partiya heç bir problem olmadan bu il də seçkiləri yüksək səs faizi ilə qazansın. Təbii ki, belə vacib planların həyata keçirilməsi ərəfəsində Kreml rəhbərliyi hər hansısa problem istəmir. Hazırda Rusiyada bu problemi yarada biləcək strukturlaşmış gücə ancaq Navalnı sahibdir", - deyə politoloq bildirib.

Şahin Cəfərli deyir ki, Rusiya düşünür ki, Qərb bir gün məcbur olub Rusiya ilə masaya oturacaq, onun üçün belə edir.

Onun fikrincə, Rusiya bilir ki, Qərbi Avropa ölkələrinin Rusiyadan müəyyən asılılığı olduğu üçün Qərb bir gün Rusiyaya tərəf addım atacaq: "Rusiya həmin vaxt bazarlıq predmeti kimi istifadə etmək üçün, belə ağır addımlar atır", - deyə politoloq Şahin Cəfərli bildirib.

Rusiyaya Amerikadan başlayan bir təzyiq prosesinə yol açacaq Siyasi şərhçi Seymur Həzi deyir ki, Navalnı prosesi lap əvvəldən Rusiya üçün problemli olub. Onun sözlərinə görə, Navalnıya olan əvvəlki təqiblər, zəhərlənməsi, həbs və saxlanması təbii ki, Rusiya hakimiyyəti üçün ciddi problemlər yaradıb.

"Hazırki şəraitdə, Amerika Birləşmiş Ştatları prezidentinin andiçməsindən əvvəl bu hadisənin baş verməsi onun andiçmə mərasimində bu problemə toxunması üçün əsas yaradacaq. Ona görə də düşünürəm ki, Rusiya üçün beynəxalq səviyyədə Amerikadan başlayan bir təzyiq prosesinə yol açacaq", deyə siyasi şərhçi Seymur Həzi bildirib.

Xatırlatma

Avqust ayında Sibirdən Moskvaya qayıdarkən təyyarədə səhəti pisləşən 44 yaşlı Rus müxalifət lideri Aleksey Navalnının zəhərləndiyi iddia edilib. Navalnı 22 avqustda xüsusi təyyarədə müalicə üçün Omsk-dan Berlinə aparılıb.

Almaniya Rusiya müxalifətinin liderinin zəhərləndiyindən əmin olduqlarını açıqlamışdı.

Navalnı Rusiya prezidenti Vladimir Putinin ən ciddi rəqibi hesab olunur. Ölkədəki korrupsiyaya qarşı mübarizəsi ilə tanınan keçmiş vəkil Navalnı, Kremlin qarşısında etdiyi etiraz aksiyaları ilə də tanınır. Bir neçə dəfə həbs olunan Aleksey Navalnı 2012-2014-cü illər arasında həbsxanada olub. Avropa İnsan Hüquqları Məhkəməsi həbsi qanunsuz hesab edən qərar çıxarıb və Navalnının həbsini siyasi sifarişli həbs sayıb.

Navalnı müalicəsini başa vurduqdan sonra, bu ilin 17 yanvarında öz ölkəsinə qayıdıb.

Aleksey Navalnı Rusiyaya qayıdan kimi hava limanında həbs edilib. Rusiya Federal Penitensiar Xidmətinin açıqlamasına görə, Aleksey Navalnı "Şeremetyevo" Hava Limanında axtarışda olduğuna görə saxlanılıb.

Açıqlamada qeyd olunub ki, o, vergi cinayəti ilə əlaqədar 29 dekabr 2020-ci il tarixindən axtarışda olub.

Daha sonra, polis bölməsində təşkil olunan məhkəmə prosesində hakim qarşısına çıxarılan Navalnı barəsində 30 sutkalıq həbs qərarı verilib.

Navalnı “İv Roşe” işi üzrə cəzasının dəyişdirilməsinə baxılana qədər həbsdə qalacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun