Moskvada “Stalin” adlı dönərxana açılıb, polislər bağladıb

Moskvada Sovet İttifaqı lideri İosif Stalinin adına dönərxana açılıb. “Stalin” adlanan dönərxana Rusiyada sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. 

Dönərxana sahibinin belə bir yola əl atması ictimayət arasında ciddi narazılığa səbəb olub. Onlar bu addımı dəlilik və əxlaqsızlıq kimi alqılayıblar. Ancaq bununla bərabər, dönərxananın bu adı daşımasını müsbət qarşılayanlar da olub.

Vətəndaş Cəmiyyəti və İnsan Haqları İnkişafı üzrə Prezident Şurasının sədri Valeri Fadeev “Stalın Dönər” fikrini “pis marketinq taktikası” adlandırıb. Fadeev deyib ki, keçmişdə o rejim tərəfindən təzyiqlərə məruz qalan insanların ailə üzvləri və yaxınları bu fikri qəbul etməyəcəklər. Onun fikrincə, bu çox yanlışdır.

Dünən məkana baxış keçirməyə gələn polislər dönərxananın sahibinin ifadəsini alıblar. Daha sonra, səlahiyyətlilər dönərxana rəhbərindən dönərxananı boşaltmağı tələb ediblər. Dönərxana bağlanıb.

İosif Vissarionoviç Stalin

18 dekabr 1878 Gürcüstanda dünyaya gəlib, 5 mart 1953-ci ildə Moskvada vəfat edib.

Milliyətcə gürcü olan Qafqaz inqilabçısı, sovet siyasi, dövlət, hərbi və partiya xadimi Stalin 21 yanvar 1924-cü ildən 5 mart 1953-cü ilə kimi Sovet ittifaqının lideri olub. O, daha sonra Sovet İttifaqı Marşalı (1943), Sovet İttifaqı Generalissimusu (1945) ali rütbəsini alıb.

Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. İki dəfə SSRİ-nin ən ali hərbi ordeni olan “Qələbə” ordeni ilə təltif edilib.