Mixayıl Qorbaçov: “Qarabağ münaqişəsi hər iki tərəfin marağına uyğun həll olunmalıdır”

Sovet İttifaqının son rəhbəri Mixayıl Qorbaçov rus mətbuatına verdiyi müsahibədə Dağlıq Qarabağ problemi haqda danışıb. O deyib ki, Rusiya Dağlıq Qarabağ problemini tənzimləməyə kömək edəcək, “qalib və məğlub olmasına baxmayaraq” hər iki ölkənin maraqlarına uyğun həll yolu axtaracaq.

Keçmiş sovet lideri əmindir ki, indi ki, hərbi əməliyyatlar təzəcə bitib, bununla kifayətlənməmək lazımdır, problemi onillərlə davam etməyə imkan verməmək lazımdır.

“Ümüd edirəm ki, Rusiya münaqişə tərəfləri arasında baş rolu üz üzərinə götürəcək. Ermənistan və Azərbaycan münaqişənin tənzimlənməsi haqda danışıqlar aparacaqları haqda öhdəlik götürüblər. Həll yolu qalib və məğlub ayırımı etmədən hər iki tərəfin maraqlarına uyğun olmalıdır” – deyə Qorbaçov bildirib.

Xatırladaq ki, yanvarın 11-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan prezidenti və Ermənistan baş naziri arasında üçtərəfli danışıqlar olacaq.