Mikayıl Cabbarov Dövlət Neft Şirkətinin Müşahidə Şurasının sədri təyin edildi

Mikayıl Cabbarov Dövlət Neft Şirkətinin Müşahidə Şurasının sədri təyin edildi
24 Yanvar 2021
Mətni dəyiş
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib: Müşahidə Şurasının sədri Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri Müşahidə Şurasının üzvləri Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi İsrafil Məmmədov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru Elnur Soltanov – Azərbaycan Respublikası energetika nazirinin müavini Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini Rövşən Nəcəf – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı direktoru.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun