Keçmiş AŞPA deputatı Azərbaycandan yarım milyon avro rüşvət aldığına görə həbs olunub

Keçmiş AŞPA deputatı Azərbaycandan yarım milyon avro rüşvət aldığına görə həbs olunub
13 Yanvar 2021
Mətni dəyiş
İtalyanın Milan şəhərinin məhkəməsi Avropa Şurasının Parlament Assambleyasının üzvü deputat Luka Volonteni Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatın AŞPA-da müzakirəsinin bloklanması üçün yarım milyon avro rüşvət almaqda təqsirli bilib. İndi Volonteni 4 il həbs gözləyir. İtalyanın "La Repubblica" nəşri yazır ki, hadisə 2013-cü ildə baş verib. Həmin vaxt Luka Volonte həm İtalya parlamentinin, həm də AŞPA-nın deputatı olub. O AŞPA-da Avropa Xalq Partiyasının yaratdığı fraksiyanın rəhbəri olub. İstintaqın məlumatına görə Volonteyə Azərbaycan əvvəlcə 10 milyon avro verməyi vəd edib, amma sonradan o cəmi 2,4 milyon avronu ala bilib. Məhkəmə də isə Volontenin vəd olunan puldan cəmi yarım milyon avronu ala bildiyi yüz faiz sübuta yetirilib. Başqa bir italya qəzeti "La Verita" yazır ki, Volonte pulu açdığı iki fondun adın rəsmiləşdirəək alıb. Pul ona konsaltinqlə xidmətinə verilirmiş kimi göstərilib. Volonte dörd dəfə İtalya parlamentinə deputat seçilib. O son dəfə 2008-ci ildə deputat seçilib, 2010-cu ilin yanvarından 2013-cü ilin iyun ayına kimi isə o AŞPA da fraksiya rəhbəri olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun