İvanişvili siyasətdən getdiyini açıqladı: “Düşündüm ki, 65 yaşım olacaq və mən getməliyəm”

Gürcüstanın keçmiş baş naziri və hal-hazırda iqtidarda olan “Gürcü arzusu” partiyasının rəhbəri Bidzina İvanişvili siyasətdən getməyə qərar verib. O ictimaiyyət üçün verdiyi açıqlamada deyib ki: “Mən öz missiyamı başa vurmuşam. Mən siyasətdən həmişəlik getməyə qərar vermişəm”

O həmçinin öz partiyasının bütün cəhətlərinə görə hal-hazırda Gürcüstanda olan ən yaxşı partiya olduğunu və alternativinin olmadığını bildirib.

İvanişvinin sözlərinə görə “Gürcü arzusu” partiyasının seçicilər arasındakı uğurunu analiz etdikdə görürük ki, şişirdilməyə yol vermədən bu partiyanın yüksəlişi gözlənilən və məntiqli idi.

“Bütün bunlara görə mən missiyamı başa çatmış hesab edirəm. Mən siyasətdən həmşəlik getmək və idarəetmə işindən tamam uzaqlaşmağa qərarı verdim. Mən “Gürcü arzusu” partiyasının rəhbərliyində və partiyanın üzvlüyündən istefa verdim və 2011-ci ildəki şəxsi həyat tərzimə qayıdıram.

Cəmi bir neçə həftə sonra mənim 65 yaşım tamam olur, bu mənim siyasi kariyeramı bitirməyimə ən mühüm səbəbdir. Gənclərin irəli getməsi üçün atdığım bu addım partiyamızı nəinki zəiflətməyəcək, həmçinin daha uzunömürlü və motivasiyalı edəcək, bununla tərəfdarlarımız ruhlanacaq və hakimiyyət daha da enerjili olacaq.

Mən siyasətdən qürurla, qalib və insanlara minnətdarlıq hissi ilə gedir. İnsanlar mənim ölkənin xeyrinə atdığım addımları gördü. Əminəm ki gürcü xalqı həmçinin mənim elə həmin maraqlarla atdığım addımı dəyərləndirəcək”. – deyə İvanişvili açıqlamasında bildirib.

Bidzina İvanişvilinin yerinə kimin gələcəyi hələlik bəlli olmasa da gürcü mediası artıq partiya rəhbərliyinə İrakli Kobaxidzenin gələcəyini proqnozlaşdırıb. İrakli Kobaxidze hal-hazırda “Gürcü Arzusu” partiyasının icraçı katibidir.