İvanişvili bütün var-dövlətini xeyriyyə üçün xərcləyəcəyini açıqlayıb

İvanişvili bütün var-dövlətini xeyriyyə üçün xərcləyəcəyini açıqlayıb
13 Yanvar 2021
Mətni dəyiş

Gürcüstanın keçmiş baş naziri, milyarder Bidzina İvanişvili bütün var-dövlətini xeyriyyə məqsədiylə xərcləyəcəyini elan edib. Bu haqda ABŞ biznes nəşri olan "Entrepreneur" dərgisi yazıb.

İvanaşvilinin özü ilə dəqiqləşdirilmiş məlumata görə o hələlik xeriyyə üçün yarım milyard dollar xərcləyəcək, şəxsi xərclər üçün isə 200 milyon dollar saxlayacaq.

"Biz arvadımla birgə qərar verdik ki, bütün material aktivimizi xeyriyyə fonduna verək. Yeganə şərtimiz budur ki, aktivlərin profilini dəyişdirmək olmaz. Çünki onların çoxu sənayənin inkişafı (bəziləri hətta regionların inkişafı) ilə bağlıdır. Bu sahələrin arxasında isə iqtisadiyyatın müxtəlif seqmentləri dayanır".

İvanişvili bildirib ki, keçən ilin 30-31 dekabrından artıq yarım milyard dollarlıq aktivləri xeyriyyə məqsədiylə fondun balansına verilib. Daha 200 milyon dollar isə ailəsinin şəxsi xərcləri üçün saxlanılıb.

Keçmiş baş nazirin sözlərinə görə xeyriyyə fonduna həmçinin onun mülkiyyətində olan daşınmaz əmlak və sənət əsərləri kolleksiyasının satışından gələn gəlirlər də veriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun