İranda hava çirkliliyi hər il 40 mindən çox insanın ölümünə səbəb olur

İranda hava çirkliliyi hər il 40 mindən çox insanın ölümünə səbəb olur
18 Yanvar 2021
Mətni dəyiş

İran Səhiyyə Nazirliyi Hava Sağlamlığı və İqlim Dəyişikliyi şöbəsinin müdiri Abbas Şahsuni ölkədəki hava çirkliyi səbəbindən 41 min 700 nəfərin öldüyünü bildirib.

İranın rəsmi xəbər agentliyi İRNA-nın verdiyi xəbərə görə, Şahsuni bildirib ki, hava çirkliliyi ürək, damar və sinir xəstəliklərini kəskinləşdirir. Onun sözlərinə görə, ölkədə havanın çirklənmə nisbəti dünya ortalamasından 3.8% daha yüksəkdir.

Hava balansına uyğun olmayan insan sayı, maşınlardan və motesikletlərdən çıxan zərərli hava tullantısı vəziyyəti qəlizləşdirib.

Həftə sonu Tehranda havanın çirklənməsi 158 mikroqram / kubmetr olaraq ölçülüb, buna görə də məktəblərin və universitetlərin fəaliyyəti dayandırılıb.

2019-cu ildə İranın hava çirkliliyi

2019-cu ildə İranın Səhiyyə Nazirinin müavini Əli Riza Rəisi havanın çirklənməsinə dair açıqlamasında ölkədə hava çirkliliyinin qlobal seviyyədən 3,3 dəfə çox olduğuna diqqət çəkmişdi.

Rəisi: “Böyük şəhərlərdə havanın çirklənməsi səbəbindən 2,5 mikrondan kiçik hissəciklər insanların ağciyərlərinə və toxumalarına nüfuz edərək müxtəlif xəstəliklərə səbəb olur. Hava çirkliliyi Paytaxt Tehran başda olmaqla ölkənin fərqli ərazilərində ildə 33 min adamın ölümünə səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə havanın çirklənməsinin İrana zərəri 30 milyard dollara çatıb", -deyə vurğulamışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun