İranda həbsdə saxlanılan iki azərbaycanlı milli fəal Abbas Lisani və Yusif Kari aclıq edir

İranda həbsdə saxlanılan iki azərbaycanlı milli fəal Abbas Lisani və Yusif Kari.

Tanınmış siyasi məhbus Abbas Lisani  yanvarın 18-i səhər saatlarından etibarən aclıq aksiyasına başlayıb. O, bir neçə gündür aclıq aksiyası keçirən Yusif Kariyə dəstək olmaq və həbsxanada prokror köməkçisi, məsul nəzarətçinin qanunsuz əməllərinə etiraz məqsədilə bu aksiyaya əl atıb.

Ərdəbil həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Yusif Kari tibbi məzuniyyət istədiyi üçün həbsxananın məsul nəzarətçisi, prokror köməkçisi “Sepehri”nin təhqirlərinə məruz qalıb.

Dekabr ayının 8-i 2020-ci il tarixində Ərdəbil əyalətinin məhkəmə sisteminin əməkdaşlarından ibarət bir heyət həbsxanadan görüş keçirdiyi zaman tibbi məzuniyyət barədə müraciət Ərdəbil prokroru Seyid Abdulla Təbatəbayiyə verilmişdi. Tibbi məzuniyyət barədə müraciətin nəticəsi ilə maraqlanan Y.Karini “Sepehri” kabinetinə çağıraraq təhqir etmiş və ona heç bir tibbi məzuniyyətin verilməyəcəyini söyləyib.

Buna etiraz edən milli fəal 8-ci karantin bəndinə köçürülüb. Milli fəal 6 gündür ki hüquqlarının təmin olunması istəyi ilə aclıq aksiyasına keçirir. Dünən yanvarın 17-dən isə siyasi məhbus quru aclıq aksiyasına başlayıb.

Bununla yanaşı Ərdəbil prokrorunun birbaşa göstərişi ilə 800 milyon tümən girov qoyulması müqabilində Abbas Lisaninin tibbi məzuniyyətə buraxılması haqqında qərar qəbul edilməsinə baxmayaraq, “yuxarı orqanlardan yazılı göstəriş olmadığı” bəhanəsi ilə onun tibbi məzuniyyətə göndərilməsinə mane olurlar.

Qeyd olunmalııdır ki, koronovirus simptomlarının bütün bəndlərdə müşahidə olunması, səhiyyə xidmətlərinin yoxluğu, dərman çatışmamazlığı səbəbindən Ərdəbil zindanında saxlanılan bir sıra məhbuslıar tibbi məzuniyyətə göndərildi. Onlardan biri 33 yaşlı Kazim İbadi adlı dustaq müalicəsində gecikmə olduğu üçün məzuniyyətə çıxandan iki gün sonra dünyasını dəyişdi.

Xatırladaq ki, Yusif Kari noyabr ayının 30-u 2020-ci ildə Ərdəbil həbsxanasında koronovirusun yayılması ilə bağlı telefon əlaqəsində ailəsinə məlumat verən ilk məhbuslardan olub.