İranda Ayətullah Əli Xameneyinin afişasını yandıran 3 gənclə bağlı qərar verilib

Xameneyinin afişasını yandıran 3 gənc ümumilikdə 40 il həbs cəzasına məhkum edilib.

İranda 2019-cu ildə benzin qiymətlərinin artması ilə əlaqədar başlanan kütləvi etirazlarda bir Yanacaq Doldurma Məntəqəsinin və İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyinin afişasının yandırılmasında ittiham olunan 3 gəncə hökm oxunub.

İran İnsan Haqları Aktivistləri Agentliyinin (HRANA) yaydığı məlumata görə, Dezful İnqilab Məhkəməsi 23 yaşlı Raad Hemadani, 19 yaşlı Qazi Hosroci və 20 yaşlı Seccad Debbatın 2019-cu ilin noyabr ayında qaz qiymətlərinin qaldırılmasına etiraz olaraq keçrilən aksiyalarda həqiqətən də bu cinayətləri törətdiyini qəbul edib və onları ümumilikdə 40 il müddətinə azadlıqdan məhrum edib.

Hemadani 20 il, Hosroci və Debbat hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xuzistan əyalətinin Şus rayonunda polis əməkdaşları tərəfindən saxlanılan 3 gənc bir müddət idi ki, həbsdə saxlanılırdı.