İlham Əliyev: “Bundan sonra köçkünlər üçün yaşayış evləri ancaq azad edilmiş ərazilərdə inşa ediləcək”

İlham Əliyev: “Bundan sonra köçkünlər üçün yaşayış evləri ancaq azad edilmiş ərazilərdə inşa ediləcək”
7 Yanvar 2021
Mətni dəyiş
Bundan sonra məcburi köçkünlər üçün yaşayış evləri yalnız onların doğma yerlərində - azad edilmiş ərazilərdə tikiləcək. Bunu dövlət başçısı İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına dair müşavirədə bildirib. "Bundan sonra Bakı, Gəncə, Mingəçevir və ya Sumqayıtda köçkünlər üçün evlər tikilməməlidir. Bu evlər ancaq azad edilmiş torpaqlarda tikiləcək", - İ.Əliyev qeyd edib. Həmçinin o, köçkünlər arasında öz doğma yerlərinə qayıtmaq arzusu ilə bağlı sorğunun keçirilməsinin vacibliyini qeyd edib. "Mənə məlumat verdilər ki, məcburi köçkünlərin 52%-i şəhərlərdə məskunlaşıb. Onların çoxu kənd sakinləridir, amma nədənsə onları şəhərlərdə yerləşdiriblər. Onları doğma yerlərinə qaytarmaq üçün xüsusi proqram olmalıdır", - dövlət başçısı deyib. Adamların əhval-ruhiyyəsini dəqiq bilmək və özünü aldatmamaq üçün yataqxanalarda və digər tikililərdə yaşayanlar arasında qayıtmaqla bağlı sorğu aparılmalıdır. "Mən də qaçqınlardan cavab verərkən səmimi olmağı xahiş edirəm, onlar öz doğma yurdlarına qayıtmaq istəyirlər, ya yox ki, biz də real vəziyyəti bilək", - İ.Əliyev deyib. O əmin olduğunu bildirib ki, köçkünlərin əksəriyyəti qayıtmaq istəyəcək və bundan ötrü lazım olan hər şeyi etməyi vəd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun