Human Rights Watch: "Türkiyədə minlərlə insan sosial-şəbəkədə yazdıqlarına görə həbs olunub"

Human Rights Watch: "Türkiyədə minlərlə insan sosial-şəbəkədə yazdıqlarına görə həbs olunub"
15 Yanvar 2021
Mətni dəyiş
"Türkiyədə minlərlə insan sosial şəbəkələrdəki yazılarına görə, "Prezidenti təhqir" və "Terror təbliğatı" ittihamı ilə saxlanılıb, mühakimə olunma riski ilə üzləşib" Bu barədə "Human Rights Watch" təşkilatının 2021-ci ildəki ilk hesabatında qeyd olunub. Hesabatda Türkiyəylə bağlı hissə xüsusi diqqət çəkib. Belə ki, qeyd olunub ki, hökumət Vətəndaş Cəmiyyətinin və Qeyri Hökumət Təşkilatlarının iqtidar üzərində nəzarətini zəiflətmək və həm də rəqabət mühitini zəiflədib öz dəstəkçilərinə daha yaxşı imkanlar yaratmaq üçün bir çox addım atıb. Sənədə görə, Prezident üsuli-idarəsi müxalifət partiyalarını effektsizləşdirə bilib, ancaq buna baxmayaraq, İstanbul və Ankara bələdiyyələri müxalifətdədir.   Qanunların qəbulu Türkiyədə insan haqqlarına hücumların pandemiya dövründə də davam etdiyi yazılan hesabatda o da qeyd olunub ki, MHP ilə qurulan ittifaq Beynəlxaq İnsan Hüquqlarına zidd qanunların parlamentdə sürətli qəbuluna imkan yaradır.   Əsassız ittihamlarla həbslər Hesabatda qeyd olunub ki, Ərdoğan siyasi rəqib və ya müxalif olaraq gördüyü şəxsləri geniş yayılmış terrorla mübarizə adı ilə, əsassız ittihamlarla həbs etdirib, ədalətsiz məhkəmə qərarı ilə mühakimə edir və həbsxanaya atır. Hesabatın İfadə Azadlığı və Sərbəst Toplaşmaq Azadlığına dair hissəsində yazılıb ki, Türkiyədə çap və onlayn medianın əksəriyyəti hökumət yaxın qrupların nəzarəti altındadır: "Artıq Türkiyədə 87 jurnalist Terrorla Mübarizə Qanunu çərçivəsinə daxil olan əsassız ittihamlarla həbsxanadadır", - deyə vurğulanıb.   Sosial şəbəkələrdə vəziyyət Hesabatda qeyd olunub ki, Türkiyədə minlərlə insan sosial şəbəkələrdəki yazılarına görə, "Prezidenti təhqir" və "Terror təbliğatı" ittihamı ilə saxlanılıb, mühakimə olunma riski ilə üzləşib. Hesabatda bildirilib ki, 2017-ci ilin noyabrından həbs edilən Osman Kavala haqqında Avropa Məhkəməsinin dərhal azadlığa buraxılması ilə bağlı qərarı icra edilmir. Avropa Məhkəməsi hesab edib ki, Osman Kavala siyasi səbəblərdən əsassız olaraq həbs edilib. Son olaraq o da qeyd olunub ki, hökumətin lezbiyan, gey, biseksual və transların xalqa içində fəaliyyətlərini məhdudlaşdırması, qürur yürüşü kimi tədbirlərə artıq ard-arda 6 ildir icazə verməməsi və yüksək vəzifə daşıyan dövlət rəsmilərinin homofob çıxışları davam edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun