Gürcüstan Avropa məhkəməsində rus işğalını təsdiqlətdi

Gürcüstan Avropa məhkəməsində rus işğalını təsdiqlətdi
22 Yanvar 2021
Mətni dəyiş
Gürcüstan 10 ildən çoxdur ki Avropa İnsan Haqqları Məhkəməsində Rusiya ilə məhkəmə işinin qərarını gözləyirdi. Yanvarın 21-də məhkəmə Rusiyanın 2008-ci ilin avqustunda Cənubi Osetiyada Gürcüstanın ərazisinə hücumu və işğalı ilə bağlı qərar çıxarıb. Məhkəmə hərbi əməliyyatların aktiv fazası (2008-ci ilin 8-12 avqustu) və aktiv faza bitəndən sonra baş verən digər hadisələr olaraq münaqişə dövrünü iki hissəyə bölüb. İclasda tərəflər dinlənilib və çolu sənədlər öyrənilib, həmçinin beynəlxalq hökümət və qeyri-hökümət təşkilatlarının rəyləri dinlənilib. Ümumilikdə məhkəmədə 33 şahid dinlənilib. Beləliklə Avropa İnsan Haqqları məhkəməsinin Böyük palatası qərara alıb ki: - Hərbi əməliyyatların aktiv fazası (8-12 avqust, 2008) Konvensiyanın 1-ci maddəsinə (insan hüquqlarına hörmət öhdəliyi) görə Rusiyanın yuridiksiyasına daxil deyil. Yəni Rusiya buna görə cavabdehlik daşımır. - Hərbi əməliyyatlar bitəndən sonrakı hadisələr (12 avqust 2008-ci ildə atəşkəs qərarından sonra) Rusiyanın yuridiksiyasına daxildir. Bu ərəfədə Rusiya Gürcüstan vətəndaşlarına qarşı bir çox qanunsuzluqlar törədib. - Müharibə dövründə 160 gürcü vətəndaşı əsir götürülüb, həbs olunub və onlara qarşı qeyri-insani rəftar göstərilib. - 2018-ci ilin 8-17 avqust günlərində Çxinvalidə cənubi osetiya qüvvələri tərəfindən həbs olunan hərbi əsirlərnə görə Rusiya höküməti cavabdehdir. - Gürcü hərbi əsirlərinə qarşı işgəncələr və şəxsiyyətlərini alçaldan hərəkətlərə yol verilib. - Cənubi Osetiyaya qayıtmaq istəyən Gürcüstan vətəndaşlarının oraya buraxılmamasına görə Rusiya qanunla cavabdehdir. - Münaqişə nəticəsində Gürcüstan vətəndaşlarının öz ölkələrində sərbəst hərəkət etmək azadlıqları və öz evlərinə qayıtmaq haqqları ələrindən alınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun