Ermənistan prezidenti koronavirusu çox ağır keçirir

Ermənistan prezidenti koronavirusu çox ağır keçirir
9 Yanvar 2021
Mətni dəyiş

Ermənistan prezidenti Armen Sarkisyanın Covid-19-u ağır keçirdiyi və hələ də həkimlərin nəzarəti altında müalicə aldığı bildirilir.

Ermənistan prezidentinin mətbuat xidmətinin açıqlamasında "Koronavirus səbəbiylə karantinə alınan prezident xəstəliyi ağır və şiddətli keçirir. Prezidentin müalicəsi həkimlərin nəzarəti altında davam edir", - deyə bildirilib.

Açıqlamada bildirilib ki, Sarkisyan karantin prosesi zamanı işə uzaqdan davam edir, vəziyyət sabitləşəndə və həkimlər icazə verəndə İrəvana qayıdacaq.

Ermənistan prezidenti Armen Sarkisyanın keçən həftə İngiltərənin paytaxtı Londonda koronavirusa yoluxduğu bildirilmişdi.

Johns Hopkins Universiteti tərəfindən hazırlanan məlumatlara görə, pandemiyanın başlanğıcından bəri Ermənistanda ümumilikdə 161.415 yoluxma qeydə alınıb və 2.908 nəfər bu virus səbəbiylə dünyasını dəyişib. Ümumi

Dünyada COVID-19-dan ölənlərin sayı 1 910 844 nəfərə çatıb.

Məlumata görə, pandemiyanın əvvəlindən dünyanın 191 ölkəsində koronavirusa 88 758 618 yoluxma qeydə alınıb. Təhlükəli infeksiyaya yoluxan 62 milyondan çox insan sağalıb.

COVID-19-a ən çox yoluxma ABŞ-da, Hindistanda, Braziliyada, Rusiyada və digər ölkələrdə aşkarlanıb. Birləşmiş Ştatlar təkcə COVID-19-a yoluxma yox, həm də ölüm sayına görə dünyada birinci yerdədir. Eyni zamanda ABŞ-da koronavirusun yeni, əvvəlki infeksiyadan 50% daha yoluxucu ştammının yayıldığı güman edilir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun