Dünyada son sutkada koronavirusa 585 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutkada koronavirusa 585 mindən çox yoluxma qeydə alınıb
7 Yanvar 2021
Mətni dəyiş

Dünyada son sutkada 585 557 nəfər koronavirusa yoluxub, 11 632 nəfər ölüb. 

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabtında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 85 091 012 yoluxma hadisəsi, 1 861 005 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 44 faizdən çoxu Avropa (261 299) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerikanın (242 785), Cənub-Şərqi Asiya (28 584) bölüşür. Son statistika Azərbaycan Son statistikaya görə, Azərbaycanda koronavirus infeksiyasına 799 yeni yoluxma faktı qeydə alınıb, 2 383 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Son sutkada 26 nəfər COVID-19-dan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 222 200 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 201 596 nəfər müalicə olunaraq sağalıb, 2 818 nəfər vəfat edib. Hazırda 17 786 aktiv xəstə var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 364, bu günə qədər isə ümumilikdə 2 231 993 test icra olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun