David Şahnazaryan: "Azərbaycanda 235 hərbi əsirimiz var və hakimiyyət bunu gizlədir"

David Şahnazaryan: "Azərbaycanda 235 hərbi əsirimiz var və hakimiyyət bunu gizlədir"
21 Yanvar 2021
Mətni dəyiş
Azərbaycanda 235 erməni hərbi əsir var. Bu haqda Ermənistan Milli Təhlükəsizlik Bürosunun keçmiş rəhbəri David Şahnazaryan deyib. O televiziyada "Pressinq" verilişinə qatılıb və orda erməni əsrirlərin real sayı, həmçinin livan ermənisi Maral Nacaryanın Azərbaycanda saxlanıldığı yer haqda danışıb. Jurnalist Şahnazaryandan soruşub ki, niyə hakimiyyət hələ də itkin düşənlər və əsirlərin siyahısını yaymayıb. Şahnazaryan deyib ki, hökümət bununla törətdiyi cinayəti ört-basdır etmək istəyir. "Mən real rəqəmləri təqdim etmək istərdim. Söhbət indi nədənsə dövlət sirri kimi göstərilən hərbi əsirlərdən gedir. Bu gün Azərbaycanda 235 erməni hərbi əsiri var. Onların arasında sivil vətəndaşlar və qadınlar da var". Keçmiş nazir həmçinin deyib ki, Azərbaycan 64 erməni əsir hərbçini terrorçu elan edərək həbs edib və bu məlumatlar çox önəmlidir, onları gizlətmək əvəzinə hökümət beynəlxalq aləmə onlar haqda məlumat verməlidir. Şahnazaryanın sözlərinə görə erməni tərəfi müharibədə 6 minə yaxın itki də verib. Keçmiş nazir həmçinin Azərbaycanda əsirlikdə saxlanılan Suriya ermənisi Maral Nacaryanın Bakıya 70 km uzaqlıqda yerləşən Qobustan həbsxanasında olduğu haqda məlumat əldə etdiyini də bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun