Bu gündən yanvarın 4-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək

Bu gündən yanvarın 4-dək ölkə ərazisində ictimai nəqliyyat işləməyəcək
2 Yanvar 2021
Mətni dəyiş

Bu gündən yanvarın 4-ü saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yanvarın 18-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Qərara əsasən, 2 yanvar saat 00:00-dan 4 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Uzun müddətdir ki, Bakı metropolitenində sərnişindaşıma də dayandırılıb.

1 yanvarda isə virusa yoluxma halı əvvəlki günlərə nisbətən rekord həddə yenib.

Belə ki, koronavirus (COVID-19) infeksiyasına 341 yeni yoluxma faktı qeydə alınıb, 3858  nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə  219 041 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 188 280  nəfər müalicə olunaraq sağalıb, 2670 nəfər vəfat edib, aktiv xəstə sayı 28 091 nəfərdir.

Ölkədə son sutka ərzində 4473, hazırkı dövrədək isə  2199939 test aparılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun