Belçikada bir restoranda müştərinin nə yeyəcəyinə restoran özü qərar verəcək

Belçikada bir restoranda müştərinin nə yeyəcəyinə restoran özü qərar verəcək
6 Yanvar 2021
Mətni dəyiş

Belçikada ay sonu açılacaq yeni restoranda xidmətçilər müştərinin boyu, kilosu, yaşı, cinsi və hərəkətliliyinin səvəsiyyəsinə baxaraq, onun nə yeyəcəyinə qərar verəcəklər. Restoranın sahibləri bildirir ki, burada məqsəd insanları sağlam qida rasiyonu ilə təmin etmək və onları bu mövzuda məlumatlandırmaqdır. 

Gent şəhərində açılacaq restoranın sahibi 28 yaşlı Robbe Vandenhoucke diyetoloqdur.

Partnyoru Laura ilə birlikdə işlədəcəkləri restoranın ideyası bir velosiped komandasının qidalanmasına rəhbərlik etdikləri dövrdə yaranıb.

Müştərinin verdiyi məlumatlara uyğun olaraq zülal və kalori ehtiyacları hesablanacaq. Nahar etmək istəyən müştəridən günün qalan hissəsi üçün nə edəcəyi soruşulacaq.

Günün qalan hissəsini oturaqlı keçirən bir insanın ayaq üstə olan bir insandan daha az kaloriyə ehtiyacı olduğu üçün qida rasiyonu daha məhdud olacaq. Arıqlamaq və ya kökəlmək istəyənlərin menyuları də bu tələbə uyğun olaraq hazırlanacaq.

Belçikada koronavirus epidemiyası səbəbiylə restoranlar hələ yerində xidmət göstərmir. Mövcud şəraitdə restoranların 13 yanvarda açılması gözlənilir.

Sahibkarlar bu ideyalarına görə həm tərif, həm də tənqid olunurlar. Tənqidlərdən birinin də səbəbi odur ki, restoranda qızarmış və ağır yeməklər olmayacaq. Bir qrup insan isə bu qərarı ələ salıb, "Kök və su verəcəksiniz?", - deyə soruşurlar.

Ümumilikdə isə ideya maraqla qarşılanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun