Bayden prezident kimi işə başladıqdan sonra ilk hansı ölkənin liderinə zəng edib?

Bayden prezident kimi işə başladıqdan sonra ilk hansı ölkənin liderinə zəng edib?
23 Yanvar 2021
Mətni dəyiş

Amerikanın yeni prezidenti Co Bayden vəzifəyə başladıqdan sonra ilk telefonla danışdığı lider Kanadanın Baş naziri Castin Trüdo olub. Hər iki lider ölkələri arasında olan münasibətləri dəyərləndiriblər.

Bu barədə məlumatı Ağ Ev yaytb.

Açıqlamada bildirilib ki, telefon zəngində ABŞ - Kanada əlaqələrinin strateji önəmindən danışılıb: "Danışıq zamanı koronavirusla mübarizə, iqtisadi əlaqələrin gücləndirilməsi və müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib", - deyə məlumatda bildirilib.

Bayden Trüdonun Keystone XL adlanan neft kəməri layihəsinin ləğvi səbəbindən narahatlığını başa düşdüyünü bildirib, ancaq Kanada ilə ikitərəfli dialoq şəklində iki ölkə arasındakı əməkdaşlığın daha da dərinləşməsinə dair fikirlərini bir daha xatırladıb.

Açıqlamada qeyd olunub ki, ikitərəfli əlaqələrin davam etdirilməsi üçün, hər iki lider önümüzdəki bir ay ərzində yenidən danışacaqlar.

Xatırlatma 

20 yanvarda ABŞ-ın yeni seçilən prezidenti Co Bayden Vaşinqtonda keçirilən inaqurasiya mərasimində and içib. Öz inaqurasiya nitqində o bütün amerikalıların prezidenti olacağını, parçalanmış Amerika cəmiyyətini barışdıracağını və siyasi fikir ayrılıqlarını aradan götürəcəyini vəd edib.

Bayden seçkilərdəki qələbəsini "demokratiyanın zəfəri" adlandıraraq bundan sonra rasizmlə və daxili terrorizmlə mübarizə aparacağını deyib. Onun sözlərinə görə ölkədə çoxlu işlər görmək, çox şeyi düzəltmək və bərpa etməyə çalışmaq lazımdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun