Bayden kabinetinin üzvü: “Gürcüstan NATO-ya üzv olmalıdır, bu Rusiyanı çəkindirəcək”

Amerikanın yeni prezidenti Co Baydenin Xarici İşlər naziri postuna namizədi Entoni Blinken Gürcüstanın NATO-ya üzv qəbul edilməsini təklif edib. O bildirib ki, Gürcüstanın NATO-ya üzclüyü Rusiyanı çəkindirəcək. 

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinə müraciət edən Blinken deyib ki, əgər Gürcüstan kimi bir ölkə NATO-ya üzvlükdən irəli gələn tələbləri yerinə yetirə bilərsə və kollektiv təhlükəsizliyimizə töhfə verərsə, bəli, qapımız onlar üçün açıq qalmalıdır.

Blinken Gürcüstanın NATO-ya üzv olacağı təqdirdə NATO ilə Rusiya arasında müharibə başlayacağı fikirlərinə qatılmadığını bildirib: “Əslində, bunun əksini düşünürəm. NATO-ya üzvlüyə gəlincə, Rusiyanın NATO-un çətiri altında olmayan ölkələrə qarşı təcavüzkar siyasətinin çox yaxşı bir səbəbi olduğunu düşünürəm”, – deyə Amerikanın yeni prezidenti Co Baydenin Xarici İşlər naziri postuna namizədi Entoni Blinken bildirib.

Türkiyə strateji tərəfdaşımızdırsa, strateji düşmənimizin yanında olmamalıdır

Türkiyə ilə münasibətlərə də toxunan Blinken deyib ki, strateji ortağımızın ən böyük strateji rəqiblərimizin yanında olması qəbuledilmzdir.

Amerika Türkiyəyə Rusiyadan S-400 Hava Hücumundan Müdafiə sistemi aldığına görə müxtəlif sanksiyalar tətbiq etmişdi. Blinken bu məsələdən də danışıb.

“Mövcud sanksiyalara və onun təsirlərinə baxıb qərar vermək lazımdır ki, yeni sanksiyalar t’tbiq edilsin, ya yox”, – deyə Amerikanın yeni prezidenti Co Baydenin Xarici İşlər naziri postuna namizədi Entoni Blinken bildirib.