Bayden ilk gündə bu 17 qərarı imzaladı, Trampın mübahisəli qərarlarını ləğv etdi

Bayden ilk gündə bu 17 qərarı imzaladı, Trampın mübahisəli qərarlarını ləğv etdi
21 Yanvar 2021
Mətni dəyiş

Amerikanın yeni prezidenti Co Bayden vəzifəyə başladığı ilk gündə Donald Trampın verdiyi qərarları dəyişmək üçün 17 fərman imzalayıb.

Vəzifəyə başlaması ilə əlaqədar mərasimlər bitdikdən sonra, Bayden ofisinə gedib. Onun ilk imzaladığı qərar koronovirus səbəbi ilə federal binalarda və şəhərciklərdə maskadan istifadə olunmasını məcburi edən qərar olub.

Bayden iqlim dəyişikliyinə qarşı mübarizəni qarşısına əsas vəzifələrdən biri kimi qoyub və qlobal istiləşməni inkar edən Trampın çıxdığı Paris İqlim Sazişində yenidən iştirak etmək üçün qərar imzalayıb.

Koronavirus epidemiyasının genişlənməsindən sonra Tramp Amerikanın Dünya Səhiyyə Təşkilatından çıxması ilə bağlı qərar imzalamışdı. Bayden isə yenidən bu təşkilata qayıtmaqla bağlı qərar imzalayıb.

Trampın ilk və mübahisəli qərarlarını ləğv etdi

Bayden müsəlman ölkələrinin vətəndaşlarının Amerikaya səfərini qadağan edən qərarı ləğv edib. Bu qərarı Tramp vəzifəyə başladıqdan bir həftə sonra qəbul mübahisələrin fonunda qəbul etmişdi.

Bayden çox müzakirələrə səbəb olan qərarlardan birini, Meksika ilə sərhəddə divar tikilməsini də dayandırıb. Belə ki, o, divrarın inşasından dövlət vəsaitinin kəsilməsinə dair qərar imzalayıb.

Neft kəməri layihəsinin ləğvi

Bayden Obamanın 7 illik araşdırmadan sonra ekoloji səbəblərlə 2015-ci ilin noyabrında rədd etdiyi, amma sonradan Trampın qəbul etdiyi Keystone XL neft kəməri layihəsinin ləğvi barədə də qərar imzalayıb.

Kanada neftini ABŞ-ın Meksika Körfəzindəki neftayırma zavodlarına daşıyacaq 2735 kilometrlik neft kəməri layihəsinin gündə təxminən 800 min barel neft ötürülməsini təmin etməsi gözlənilirdi.

Beləliklə, Bayden Ağ Evdəki ilk günündə ümumilikdə 17 ayrı qərar imzalayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun