Azərbaycanın işğaldan azad etdiyi torpaqlardan 34 min erməni Ermənistana qaçıb

Azərbaycanın işğaldan azad etdiyi torpaqlardan 34 min erməni Ermənistana qaçıb
15 Yanvar 2021
Mətni dəyiş
Dağlıq Qarabağda son baş vermiş müharibədə xeyli ərazilərin Azərbaycan tərəfindən geri alınmasına görə 34 min nəfərə yaxın erməni sakin evsiz qalıb. Bu haqda Ermənistanın Əmək, Sosial və Miqrasiya məsələləri üzrə naziri Mande Tandilyan Rusiyanın "RİA Novosti" qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə hərbi əməliyyatlar bitdikdən sonra regionda humanitar böhran başlayıb. "Müharibədən sonra bizdə humanitar böhran və sosial vəziyyət kəskinləşib. Biz əlimizdən gələn qədər problemləri öz gücümüzə də həll etməyə çalışırıq, xeyriyyə yardımları da alırıq, Ermənistan Respublikasından da, Rusiya sülhməramlılarından da yardımlar alırıq", - deyə Mane Tandiylan bildirib. O deyib ki, indi əsas problem Qarabağdan Ermənistana qaçqın düşənlərin mənzil problemini həll etməkdir, regionda artıq onların yerləşdirilməsi ilə bağlı proqram üzərində də işlər başlayıb. "Problemin böyüklüyünə görə biz artıq uzunmüddətli layihələr üzərində işləməli olduğumuzu deyə bilərik" - deyə nazir bildirib. Nazir həmçinin qeyd edib ki, indi qarşıda duran ən önəmli məsələ təhlükəsizlik məsələsidir. Nazir təmas xəttində tez-tez baş verən toqquşmaların və erməni hərbçilərinin yaralanmasının təhlükəsizliklə bağlı problem yaratdığını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun