Avropa Parlamenti Türkiyəyə qarşı qətnamə qəbul edib: "Bütün siyasi məhbuslar azad edilsin"

Avropa Parlamenti Türkiyəyə qarşı qətnamə qəbul edib: "Bütün siyasi məhbuslar azad edilsin"
22 Yanvar 2021
Mətni dəyiş

Avropa Parlamentinin plenar iclasında Türkiyədəki insan hüquqları, Səlahəddin Dəmirtaş və digər siyasi məhbusların vəziyyəti ilə bağlı mövzu müzakirəyə çıxarılıb.

İclasda Səlahəddin Dəmirtaş başda olmaqla bütün siyasi məhbusları azadlığa buraxmağa çağıran sənəd səsverməyə qoyulub və 590 səslə qəbul edilib. Bildirilib ki, bu şəxslərin qanunsuz həbs olunması ilə bağlı Avropa Məhkəməsinin konkret hökmü var.

İclas zamanı Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell görüşdə olduğundan kommisyanın digər məhsul üzvü Helena Dalli Borrelin adından çıxış edib.

Narahatlıq yaradır

Türkiyə Konstitusiya Məhkəməsinin və Avropa İnsan Hüquqları Məhkəməsinin Səlahəddin Dəmirtaşın hüquqlarının pozulmasına yönəlik qərar qəbul etdiyini deyən Dallı əlavə edib ki, HDP-li bələdiyyə rəhbərləri ilə bağlı qərarlar narahatlıq doğurur.

Dallı Türkiyənin terrorla mübarizə aparmaq hüququ olduğunu bildirib, ancaq onu da qeyd edib ki, bu mübarizə insan hüquqlarını və təməl hüquqları pozmamalıdır. Hüquq hər şeydən üstün olmalıdır.

İclasın ardından Avropa Parlemntində "Türkiyədə insan haqları, Dəmirtaş və digər siyasi məhbusların vəziyyəti" haqqında qətnamə qəbul edilib. Qəbul olunan qətnamədə HDP-nin keçmiş sədri Səlahəddin Dəmirtaşa qarşı ittihamların ləğv olunması tələb olunub və Avropa İnsan Haqları Məhkəməsinin qərarı xatırladılıb.

Sənəddə Avropa Parıamenti rəsmilərindən və Avropa Birliyi ölkələrinin nümayəndələrindən Səlahəddin Dəmirtaşla bərabər Türkiyədə fəaliyyət göstərən hüquq müdafiəçilərinə, vəkillərə, jurnalistlərə, siyasətçilərə dəstək olmaq çağırışı edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun