Avropa Birliyi BioNTech-Pfizer şirkətindən daha 300 miyon doza koronavirus peyvəndi alıb

BioNTech - Pfizer peyvəndi.

Avropa Birliyi koronavirusa qarşı peyvənd hazırlayan BioNTech və Pfizer şirkəti ilə müqavilə bağlayaraq xəstəliyə qarşı daha 300 milyon doza peyvənd sifariş verib. Bu haqda yanvarın 8-də Brüsseldə Avropa Komissiyasının sədri Ursula von der Leyen məlumat verib.

Bu yeni müqavilənin sayəsində AB-nin aldığı peyvəndin miqdarı iki dəfəyə qədər artırılıb. Fon der Leyenin sözlərinə görə sifariş verilən 75 milyon doza peyvənd artıq 2021-ci ilin ilk üç aylığında çatdırılacaq. “Mən ürəkdən inanıram ki, Avropanın seçdiyi yol doğrudur və düşünürəm ki, axırda o özünü doğruldacaq” – deyə siyasətçi bildirib.

AB-nin yeni peyvənd dozaları sifariş verməsi Almaniyada peyvəndin bütün xalqa çatmaması ilə bağlı müzakirələr başlayandan sonra baş verib. Belə tənqidləri daha çox Almaniyanın səhiyyə naziri Yens Şpana qarşı  və həm də ümumilikdə Avropa komissiyasına qarşı edirdilər.