Araşdırma: "2021-ci il son 50 ilin ən qısa ili olacaq"

Araşdırma: "2021-ci il son 50 ilin ən qısa ili olacaq"
21 Yanvar 2021
Mətni dəyiş

Mütəxəssislər dünyanın son 50 ildə günəş ətrafındakı fırlanma sürətinin artması səbəbindən 2021-ci ilin normaldan daha qısa olacağını bildirib.

Kanadadakı York Universitetinin astronomiya və fizika insitutunun professoru Paul Delaney CTV Televiziyasında yayımlanan "Günaydın" verilişinə müsahibəsində yerin fırlanma sürətinin artdığını və bu dəyişikliyin yer üzündə zamanın yavaşlaması demək olduğunu bildirib.

Elmi hesablamalara görə 2021-ci ildə ortalama bir gün normal 24 saatlıq bir gündən (86,400 saniyə) 0,05 milisaniyə qısa olacaq.

Qısalmanın qlobal iqlim dəyişikliyi ilə əlaqəli olduğunu deyən Delaney əriyən buzlaqların yer üzündə kütlənin balansını dəyişdirdiyini və suların yerin fırlanma oxuna yaxınlaşdıqca fırlanma sürətini artırdığını bildirib.

O, dünyanın bu vəziyyətini daha sürətli dönmək üçün qollarını bədəninə yaxınlaşdıran bir skaterə bənzədib.

Delaney bildirib ki, qısalma bir saniyədən çox az olacaq və insanların gündəlik fəaliyyətlərinə təsir göstərmiyəcək: "İqlim dəyişikliyi səbəbiylə buzlaqların əriməsi gələcəkdə də qlobal saat qurşağına və günlərin təyin edilməsinə təsir edə bilər", - deyə o, vurğulayıb.

Professor bu vəziyyətin qarşısını almaq üçün "artıq saniyə" üsulundan istifadə edilə biləcəyini bildirib.

Ancaq bəzi mütəxəssislərin fikrincə bu tətbiq ilə müəyyən edilən təqvim, yəni ilin son dəqiqəsinə əlavə 1 saniyə əlavə etmək, dünyanın fırlanma sürətindəki dəyişikliyi diqqətə almayan avtomatik saat proqramlarının olduğu ağıllı telefonlarda, kompüterlərdə, əlaqə sistemlərində qarışıqlıq yarada bilər.

Beynəlxalq Standartlar və Texnologiyalar İnstitutu (NIST) 1972-ci ildən 2016-cı ilə qədər orta hesabla hər 1,5 ilə bir "artıq saniyə" əlavə edib. Lakin 2016-cı ildən bəri Dünya Rotasiya və Referans Sistemləri Xidməti (IERS) yerin fırlanma sürətinin artması səbəbindən "artıq saniyə" tətbiqetməsinin lazım olmadığını elan edib və bu istiqamətdə IERS 2020-ci il üçün daha çox saniyə əlavə olunmayacağını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun