Amerika Camal Qaşıqçı olayına dair hesabatın üzərindən gizliliyi götürmək haqda düşünür

Amerika Camal Qaşıqçı olayına dair hesabatın üzərindən gizliliyi götürmək haqda düşünür
23 Yanvar 2021
Mətni dəyiş

ABŞ Nümayəndələr Palatası Kəşfiyyat Komitəsinin sədri Adam Schiff Milli Kəşfiyyat Müdirliyinə rəhbər kimi yeni gələn Avril Hainesdən səudiyyəli jurnalist Camal qaşıqçının qətli ilə əlaqədar hazırlanan geniş araşdırma materiallarının üzərindəki gizliliyin qaldırılmasını tələb edib.

Schiff bu həftə senatın təsdiqi ilə Milli Kəşfiyyat Direktoru olaraq karyerasına başlayan Hainesə məktubla müraciət edib və Qaşıqçı olayına dair hesabatın gizliliyinin aradan qaldırılmasını istəyib.

Məktubdan sonra Twitter hesabında açıqlama verən Schiff, Qaışqçı olayını insan hüquqlarına hücum kimi dəyərləndirib.

Paylaşılmalıdır

Schiff "Trump administrasiyası Səudiyyə Ərəbistanının Camal Qaşıqçının öldürülməsində nə qədər günahkar olmasına dair hesabatı bir ildir gizlədir. Mən bu gizliliyin aradan qaldırılmasını istədim", - deyə Tvitter hesabında qeyd edib.

Haines 19 yanvarda senatın təsdiq iclasında vəzifəsi təsdiqlənərsə, Camal Qaşıqçı olayına dair hesabatı hər kəslə bölüşəcəyinə söz vermişdi.

Xatırlatma

Camal Qaşıqçı 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun binasında öldürülüb və onun cəsədi hissələrə bölünərək 5 kisəyə doldurulub, konsulluğun binasından çıxarılıb. O, konsulluqda öldürülməzdən 3 gün əvvəl verdiyi müsahibədə Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlərin həbs olunduğunu deyib. Uzun sürən araşdırmalardan sonra Səudiyyə hakimiyyəti jurnalistin Baş Konsulluqda öldürüldüyünü etiraf edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun