Almaniya Rusiyanın Navalnı ilə bağlı sorğusunu cavablandırıb: "Bu məsələ Rusiyada araşdırılmalıdır"

Almaniya Rusiyanın Navalnı ilə bağlı sorğusunu cavablandırıb: "Bu məsələ Rusiyada araşdırılmalıdır"
16 Yanvar 2021
Mətni dəyiş

Almaniyanın Ədliyyə Nazirliyi Almaniyada müalicə alan Rusiyanın müxalifət lideri Aleksey Navalnı ilə bağlı Rusiyadan gələn 4 hüquqi məlumat soğusuna cavab verildiyini açıqlayıb.

Nazirlik təmsilçisi bildirib ki, Navlanı ölkəsinə qayıtmazdan öncə Rusiya məhkəmə orqanlarının sorğusuna cavab verilib.

Bildirilib ki, sorğuların hamısı 2020-ci ildə gəlib, ancaq indi cavab vermək uyğun olub: "Artıq cavablar da verildi və ümid edirik ki, Rusiya bu məsələni ədalətli şəkildə araşdıracaq. Bu məsələ Rusiyada araşdırılmalıdır", - deyə nazirlik rəsmisi bildirib.

Avqust ayında Sibirdən Moskvaya qayıdarkən təyyarədə səhəti pisləşən 44 yaşlı Rus müxalifət lideri Aleksey Navalnının zəhərləndiyi iddia edilib. Navalnı 22 avqustda xüsusi təyyarədə müalicə üçün Omsk-dan Berlinə aparılıb.

Almaniya Rusiya müxalifətinin liderinin zəhərləndiyindən əmin olduqlarını açıqlamışdı.

Navalnı Rusiya prezidenti Vladimir Putinin ən ciddi rəqibi hesab olunur. Ölkədəki korrupsiyaya qarşı mübarizəsi ilə tanınan keçmiş vəkil Navalnı, Kremlin qarşısında etdiyi etiraz aksiyaları ilə də tanınır. Bir neçə dəfə həbs olunan Aleksey Navalnı 2012-2014-cü illər arasında həbsxanada olub. Avropa İnsan Hüquqları Məhkəməsi həbsi qanunsuz hesab edən qərar çıxarıb və Navalnının həbsini siyasi sifarişli həbs sayıb.

Navalnı bu ilin 17 yanvarında öz ölkəsinə qayıdıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun