Alman həkimləri araşdırır: Niyə uşaqlar koronavirusa yoluxur, amma simptomsuz keçirirlər?

Alman həkimləri araşdırır: Niyə uşaqlar koronavirusa yoluxur, amma simptomsuz keçirirlər?
20 Yanvar 2021
Mətni dəyiş
Uşaqlar və koronavirus. Alimlər yeni nələr öyrəniblər? Son dövrlərə qədər hesab olunurdu ki uşaqlar nadir hallarda koronavirusa yoluxurlar və virusu yoluxdurucusu olmurlar. Son araşdırmalar göstərir ki bu belə deyil. Pandemiya şəraitində dərsləri necə etməliyik,  əvvəlki kimi onları onlayn rejimdə təşkil etməliyik yoxsa şagirdləri ənənəvi dərs rejiminə qaytarmaq lazımdır? Bu sual hal-hazırda bir çox ölkədə ən amansız müzakirələrin mövzusudur. Məktəblərin açılmasının tərəfdarlarının arqumenti odur ki, uşaqların virusa yoluxma riski çox nadirdir və müvafiq olaraq onun yayılmasında əhəmiyyətli rola sahib deyillər. Əslində bu belə deyil. Uşaqlar korona virusa böyüklərdən daha az yoluxmurlar. Mikrobioloq Michael Vagner-in rəhbərliyi altında Viyana Universitetin alimləri məktəb yaşlı uşaqlar arasında gözə çarpmayan SARS-CoV2 infeksiyasına yoluxmanın miqdarının nə qədər böyük olduğunu aydınlaşdırmağı qərara alıblar.  Tədqiqatların nəticələri göstərib ki 14 yaş altı şagirdlər bu virusa məllimlərindən daha az yoluxmurlar. Alimlər Avstriyanın 240-dan çox məktəbində şagirdlərdən koronavirus testi nəticələri götürüblər. Ümumilikdə 6-14 yaş aralığında 10.000 civarında şagird test edilib. Araşdırmanın 4 yanvarda yayımlanan nəticələri göstərib ki, şagirdlərlərlə bərabər test edilmiş 1200 müəllimdə də bərabər sayda yoluxma halı mövcuddur. Michael Vagner qeyd edir ki: “Test etdiyimiz hər 3-cü və ya 4-cü sinifdə koronavirusu simptomsuz keçirən şagird aşkarlanırdı.” Testlər ənənəvi hesab ediləndən fərqli üsülla götürülürdü, şagirdlər bir dəqiqə ərzində xüsusi duzlu məhlulla boğazlarını qarqara edib xüsusi qaba tüpürürdülər, sonra nümunələr polimeraz zəncir reaksiyası adlanan üsulla tədqiq olunurdu. Bu üsul uşaqlar üçün boğazdan və burundan tamponla götürülən ənənəvi üsuldan daha az narahat edicidir. Araşdırmanın nəticəsi təsdiq etdi ki, uşaqlar koronavirusa yoluxmaya böyüklərdən daha az məruz qalmırlar, bununla belə onlar virusu tamamilə simptomsuz keçirirlər. Alman alimləri də apardıqları tədqiqatdan sonra oxşar nəticə əldə ediblər. Münhendə Helmholtz adına mərkəzdə Annette-Gabriele Zieglerin rəhbərlik etdiyi alimlər tərəfindən 2020-ci ilin iyul və yanvar ayları arasında aparılan, demək olar ki 18 yaşa qədər 12.000 uşağın test edildiyi araşdırmaların nəticələri göstərib ki, ailə üzvləri virusa yoluxmuş uşaqların üçdə birində test nəticələri pozitivdir. Ziegler deyir ki: “Uşaqlarda virusa yoluxmanın miqyası biz təxmin etdiyimizdən altı dəfə çox çıxdı”. Yoluxanların demək olar ki yarısı xəstəliyi simptomsuz keçirir, və onlarda SARS-CoV2-yə qarşı antitelləri 1-4 həftə müddətində yaranır. Koronavirusun simptomsuz yayılması: niyə uşaqlar ? Uşaqlarda adətən hər hansı simptomun özünü biruzə verməməsi və infeksiyanın gözə çarpmadan inkişaf edib və yayılması faktı "sadəlöhv T-limfositləri" adlanan hissəciklərlə izah edilir. T-limfositlərin funksiyası orqanizmə hücum edən patogenləri aşkarlayıb məhv etməkdir. Patogenlərlə ilk qarşılaşmadan sonra bu immun hüceyrələri onlar haqqında yaddaşa yiyələnirlər. Heç bir antigenlə kontaktda olmamış T-limfositləri sadəlöhv T-limfositlər adlandırırlar. Kolumbiya Universitetinin mikrobioloqu və immunoloqu Donna Faber deyir ki, uşaqların və böyüklərin koronavirusa fərqli reaksiya vermələri məhz sadəlöhv T-limfositlərin fəaliyyəti ilə izah edilə bilər. O ötən il uşaqlarda olan, belə deyək öyrədilməmiş immun reaksiyalarını və onun SARS-CoV-2 pandemiyasının aradan qaldırılmasında oynaya biləcəyi rolu araşdıran alimlər qrupuna rəhbərlik edib. “Öyrədilməmiş” və ya sadəlöhv T-limfositlər patogen orqanizmlərə tamamilə fərqli reaksiya verə bilir. Alim deyir ki: “Uşaqların orqanizmində bu  cür hüceyrələrin arsenalı var və onların bədənləri davamlı şəkildə bu  hissəcikləri istehsal edir. Böyüklərin orqanizmi isə zamanla sözü gedən sadəlöhv T-limfositləri istehsal etmək imkanını itirir.” Sadəlöv T-limfosidləri qan damarları və periferik orqanlar arasında sirkulyasiya edir. Onlar antigenlə kontaktda olan kimi çoxalmaq siqnalı alır və qısa zaman kəsiyində öyrəndikləri və adaptasiya etdikləri immun cavabını verirlər. Digər tərəfdən böyüklərin T-hüceyrələri daha əvvəl qarşılaşdıqları orqanizmlərə, məsələn qrip infeksiyasına  cavab verməyi öyrəniblər bu səbəblə böyüklərin immun reaksiyası ümumi götürdükdə daha aktiv özünü göstərir. Koronavirus  yeni növ patogendir lakin uşaqlar bədənlərində olan sadəlöhv T-limfositlərin miqdarının çox olması səbəbindən bu virusun törətdiyi xəstəliyi daha rahat keçirirlər. Uşaqlar superyoluxdurucu hesab edilə bilərlərmi ? Alimlər hesab edirlər ki, uşaqların da koronavirus yoluxdurucusu olması bu vaxta qədər düzgün qiymətləndirilməyib. Son araşdırmalar aydınlaşdırıb ki, uşaqlar xəstəliyin heç bir simptomunu hiss etmədən yoluxdurucu ola bilərlər. Buna baxmayaraq uşaqlardan koronavirus testi nadir hallarda aparılır. Köln Universiteti xəstəxanasının uşaq və yeniyetmə klinikasının direktoru Jörg Dötsch isə əmindir ki, uşaqlar koronavirusun superyoluxdurucusu hesab ediə bilməz. Alman həkim qeyd edir ki: “Əlbəttə bu virus uşaqdan uşağa da yoluxa bilir, lakin bunun ehtimalı infeksiyanın böyükdən böyükə yoluxması ehtimalından çox azdır.” O, Avstriyalı həmkarlarının araşdırmalarına istinad edərək  bəzi rəqəmləri qeyd edir: virusun böyükdən böyüyə yoluxma ehtimalı 4.4 % olduğu halda uşaqdan uşağa yoluxma ehtimalı yalnız 0.3%-dir. Burdan belə nəticə çıxır ki, uşaqlar biri-birini böyüklərdən 10 dəfə daha az yoluxdururlar. Bunu dekabr ayında Almaniya Federativ Respublikası təhsil və elmi araşdırmalar nazirliyinin dəstəyi ilə həyata keçirilən pilot layihənin ilkin nəticələri də təstiqləyir. Proyektdə 2 uşaq baxçası da daxil olmaqla 16 təhsil müəsisəsi iştirak edib. 2000-i məktəb yaşlı uşaqlar olmaqla 5000 yoxlanma aparılıb. 16 sinifdə “pozitiv” test nəticələri aşkarlanıb. Lakin bu siniflərin heç birində başqa uşaqların virusa yoluxması halı qeydə alınmayıb, başqa sözlə virusun yayılması davam etməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun