ABŞ Konqressi Co Baydenin prezident seçildiyini rəsmən təsdiqlədi

ABŞ Konqressi Co Baydenin prezident seçildiyini rəsmən təsdiqlədi
7 Yanvar 2021
Mətni dəyiş
ABŞ Konqressi yanvarın 7-si rəsmi demokratların namizədi Co Baydeni rəsmi olaraq ABŞ prezidenti postuna seçildiyini təsdiq edib. Siyasətçi vəzifəsinin icrasına yanvarın 20-də başlayacaq. Bayden Konqressmenlərin təsdiqlədiyi 270 səsi qazanıb. Bu onun seçkidə qalib gəlməsinə bəs edir. Seçicilərin səslərinin yekun təsdiqi isə konstitusiya məhkəməsində mübahisələnə bilər. Xatırladaq ki, yanvrın 6-də ABŞ Konqressinin hər iki palatası toplanmış və seçkilərdə səslərin yekun nəticələrini təsdiqləmək istəmişdi, ancaq Konqressin yerləşdiyi Kapitoli təpəsinə hal-hazırki prezident Donal Trampın minlərlə tərəfdarının gəlib Konqress binasını tutmağa çalışması iclası yarımçıq qoyub. Aqressiv əhval-ruhiyyədə olan etirzçılar Konqress binasına girməyə çalışarkən polis ölkənin qanunverici orqanını evakuasiya etməyə məcbur olub. Verilən məlumatlara görə Konqressdəki iğtişaşlar nəticəsində 4 nəfər, həmçinin bir qadın dünyasını dəyişib. Kapitoli təpəsində etirazı yatırtmaq üçün ABŞ milli qvardiyası ora yeridilmişdi. Konqress üzvləri öz iclaslarına iki saat ara verərək yerli satla 20:00-da yenidən iclasa davam edə bilmişdilər.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun