ABŞ Konqresi Trampı vaxtından əvvəl vəzifədən uzaqlaşdırmaq üçün ilk addımı atıb

Amerika Konqressi.

Amerikanın Nümayəndələr Palatası qanun layihəsi qəbul edib. Layihə Mayk Pensi konstitusiyayanın 25-ci maddəsini rəhbər tutub Trampı vəzifədən kənarlaşdırmaga çağırır.

Bununla da palata üzvləri 6 yanvarda ABŞ konqresinə hücumun təşkilində günahkar bildikləri Trampın vəzifədən uzaqlaşdırılmasına doğru ilk addımı atıblar.

Layihə ilə bağlı müzakirə hissəsində çıxış edən demokratlar Trampı sərt tənqid edib, Respublikaçı millət vəkilləri isə “Demokratlar üçün yeganə problem Trampdan xilas olmaqdır”, – deyə bildiriblər.

Layihə 223 səs lehinə, 205 səs əleyhinə olmaqla qəbul edilib. Layihənin lehinə ancaq bir Respublikaçı səs verib.

Layihə Mayk Pensə Trampın vəzifədən kənarlaşdırılmasına dair cavabını Konqresə təqdim etməsi üçün 24 saat vaxt verir.

Səsvermədən əvvəl Mayk Pens

Amerikanın vitse-prezidenti Mayk Pens konstitusiyanın 25-ci əlavə maddəsindən istifadə edərək prezident Donald Trampın vəzifədən uzaqlaşdırılmasına yönəlik heç bir addım atmayacağını bildirib. Qanun layihəsi Nümayəndələr Palatasında səsverməyə qoyulmamışdan əvvəl Pens Nümayəndələr Palatasının prezidenti Nensi Pelosiyə məktub göndərib. Mayk Pens məktubda qeyd edib kİ, 25-ci maddənin qüvvəyə minməsi ölkəmizin mənafeyinə və konstitusiyaya ziddir. ABŞ Konqresində vitse-prezidentə sənədi qəbul etməsi üçün basqılar edirdi.

Amerika konstitusiyasındakı 25-ci maddə nəyi nəzərdə tutur?

Amerika konstitusiyasının 25-ci maddəsinə görə, əgər prezident vəzifəsindən irəli gələn fəaliyyətləri yerinə yetirə bilmirsə, bu sübut olunduğu təqdirdə vəzifəsindən kənarlaşdırılır və onun yerinə müvəqqəti olaraq köməkçisi təyin olunur.

Bunun həyata keçməsi üçün kabinet üzvlərinin mütləq əksəriyyəti Pensin prezidentin vəzifədən kənarlaşdırılmasına dair qərarını dəstəkləməlidir.
Pens belə bir addım atsa, Trampın konqressə məktubla müraciət edərək qərardan şikayət etmək hüququ var. Bundan sonra isə Pens və kabinet üzvlərinə qərarlarını müdafiə etmələri üçün 4 gün vaxt verilir.

4 günlük müddətin sonunda konqress səsvermə keçirir və hər iki qanadın üçdə ikisinin dəstəyi olduğu təqdirdə Tramp istefaya göndərilir. Bu o deməkdir ki, 67 senator və 290 parlament üzvü qərarı dəstəkləməlidir.