9 doza koronavirus peyvəndi oğurlayan həkim həbs edilib

9 doza koronavirus peyvəndi oğurlayan həkim həbs edilib
22 Yanvar 2021
Mətni dəyiş

ABŞ-ın Texas ştatında həkim işləyən Həsən Gökal 9 doza koronavirus peyvəndi oğurlamaqda ittiham olunur.

Məlumata görə, Gökal oğurluğu 2020-ci ilin 29 dekabrında Humble şəhərindəki peyvənd müəssisəsindən edib.

Baş prokuror Kim Oqq bildirib ki, həkim 9 doza peyvəndi ailəsinə və yaxın dostlarına vermək üçün oğurlayıb.

Hadisənin üzə çıxması Gökalın öz yanlışından baş verib. Belə ki, Gökal peyvəndləri oğurladıqdan sonra hadisəni bir iş yoldaşına danışıb, o isə rəhbərliyə şikayət edib. Bundan sonra, 48 yaşlı həkim Həsən Gökal işdən qovulub.

Baş prokuror bildirib ki, Gökal peyvənlənmək üçün çətin proseslərdən keçib mərkəzə gələn şəxslərdən əvvəl öz ailəsinə və dostlarına üstümlük verib. Bunu da vəzifə səlahiyyətlərini aşaraq edib. Bu qanunsuz əmələ görə cavab verəcək.

Həsən Gökalın vəkili isə bildirib ki, sözügedən peyvəndlərin istifadə müddətinin bitməyinə çox az müddət qaldığı üçün həkim onları ehtiyacı olan insanlara çatdırıb.

Vəkilin sözlərinə görə, onsuz da o peyvəndlər israf olacaqdı.

Vəkil onu da qeyd edib ki, müdafiə etdiyi şəxsin etibarının zədələnməsinə görə də məhkəməyə müraciət edəcək.

Hazırki ittihamlara görə isə Gökalı bir il həbs və 4 min dollar pul cəzası gözləyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun