Zorakılığı pisləyən filmləri ilə məşhurlaşan rejissor koronavirusdan dünyasını dəyişib

Zorakılığı pisləyən filmləri ilə məşhurlaşan rejissor koronavirusdan dünyasını dəyişib
12 Dekabr 2020
Mətni dəyiş

Berlin, Venesiya və Kann film festivallarında mükafatlar qazanan Cənubi Koreyanın məşhur rejissoru Kim Ki Duk dekabrın 11-də Latviyada koronavirusdan müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Latviya Film Mərkəzinin direktoru Dita Rietum mətbuata açıqlamasında deyib ki, 59 yaşlı Kim Litvanın paytaxtı Riqa da yaşayırdı və tez tez Litvanın qonşuluğunda olan Estoniyaya iş səyahətlərinə gedirdi.

Kim Ki Dukun ölüm xəbərini mətbuata onunla birgə çalışan rus sənədli filmlər rejissoru Vitali Manski bildirib.

Kim Ki Duk 1960-cı ildə kasıb bir ailədə dünyaya gəlib. Koreya müharibəsi veteranı olan atasından mütəmati zorakılıq görüb. 14 yaşında məktəbi atan gələcək rejissor uzun illər fabriklərdə işləyib. İki illik əsgərlikdən sonra film sahəsində işləmək üçün Fransaya yollanıb.

[caption id="attachment_93874" align="aligncenter" width="1024"] Kim Ki Dukun ən məşhur filmlərindən biri "Bahar, yay, payız, qış... və yenə də bahar" filmindən bir kadr.[/caption]

Uzun illər sonra Koreyaya qayıdan rejissor 1996-cı ildə ilk filmi olan "Timsah"ı çəkib. Film rejissora böyük uğur gətirib. Filmin mövzusu evsiz bir kişi ilə kütləvi zorakılığa məruz qalmış qadının arasında olan münasbitdir.

Sonradan bütün sənət kariyerası dövründə rejissor cəmiyyət tərəfindən həyatın dibinə itələnən kişilərlə əsasən fahişə olan qadın obrazlar arasında münasibətlərdən bəhs edən filmlər çəkib. Kim Ki Dukun filmləri əsasən qadına və kişiyə qarşı zorakılıq mövzusunu canlandırıb.

Kim Ki Duk Qərbdə ən çox tanınan rejissorlardan biridir. O, yazdığı ssenarilərlə də çox məşhurdur. Onun "Bahar, yay, payız, qış... və yenə də bahar", "Boş ev", "Mebius", "Zaman" adlı filmləri dünya kinosunun şedevrlərindəndir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun