Yunanıstanda iki türk cəsusluq ittihamı ilə saxlanılıb, biri Türkiyə konsulluğunun əməkdaşıdır

Yunanıstanda iki türk cəsusluq ittihamı ilə saxlanılıb, biri Türkiyə konsulluğunun əməkdaşıdır
14 Dekabr 2020
Mətni dəyiş

Yunanıstanın Rodos adasında iki türk əsilli Yunanıstan vətəndaşı cəsusluq ittihamı ilə saxlanılıb. Saxlanılanlardan biri Türkiyənin Rodosdakı konsulluğunun tərcüməçisidir, digəri isə Rodos-Qızılhisar adaları arasında fəaliyyət göstərən gəminin işçisidir.

Yunanıstan mətbuatının məlumatına görə, Rodos bölgəsindəki Müsəlman-Türk azlığına mənsub iki şəxs Rodos və Qızılhisar bölgəsindəki hərbi-strateji obyektlərlə bağlı Türkiyəyə məlumat ötürmək ittihamı ilə saxlanılıb.

Yunanıstan hökumətinin sözçüsü Stelios Petsas bildirib ki, hüquq mühafizə orqanları öz işlərini görüblər.

Xatırlatma

"Oruc rəis" qazma gəmisi bir müddət əvvələ kimi Rodos adasının yaxınlığında fəaliyyət göstərib. Türkiyə tərəfi Rodosun, Qızılhisarın və Girid adalarının Türkiyə əraziləri olduöunu bildirib. Türkiyənin bu bölgələrə araşdırma gəmiləri göndərməsi Türkiyə və Yunanıstan arasında diplomatik gərginləşməyə səbəb olub.

Avropa birliyi Türkiyəni aralıq dənizinin şərqində yerləşən mübahisəli ərazilərdəki fəaliyyətinə görə qınayıb və bunu Beynəlxalq hüququn pozulması kimi qiymətləndirib. Türkiyəyə qarşı sanksiya layihəsi müzakirə edilsə də layihə yenidən baxılması üçün mart ayına kimi təxirə salınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun