Vəkil Zibeydə Sadıqova: "Azərbaycan müharibə cinayətlərin araşdırmasa Avropa məhkəməsi onu cərimələyə bilər"

Vəkil Zibeydə Sadıqova: "Azərbaycan müharibə cinayətlərin araşdırmasa Avropa məhkəməsi onu cərimələyə bilər"
18 Dekabr 2020
Mətni dəyiş

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) dekabrın 16-da bildirib ki, Bakının iradına baxmayaraq Ermənistanın əsirlərlə bağlı Azərbaycandan şikayətini qüvvədə saxlayıb. AİHM xatırladır ki, sentyabrın 29-da Dağlıq Qarabağda və onun ətrafında münaqişə ilə əlaqədar olaraq özünün 39-cı qaydasına uyğun şəkildə keçid tədbiri barədə qərar qəbul edib. Bəs görəsən, erməni əsirlərə qarşı qeyri insani davranışlara görə AİHM azərbaycanı necə cəzalandıra bilər. Əsirlərə qarşı neqativ davrananların cəzalandırılması tələb edilir, yoxsa maddi kompensassiya verilir?

Vəkil Zibeydə Sadıqova deyir ki, son zamanlar mətbuatda da gedən yazılardan və rəsmi açıqlamalardan bəlli oldu ki, hökumət müharibə zamanı baş verən cinayətləri araşdırmağa və təqsirli şəxsləri məsuliyyətə cəlb etməyə başlayıb.

Onun sözlərinə görə, hökumət bu faktları mediada yayılmış video görüntülər əsasında əldə edib və araşdırmağa başlayıb. Bu o deməkdir ki, hökumət bütün videogörüntülər əsasında araşdırma aparmaq niyyətindədir.

"Yəni, erməni əsirlərə qarşı qeyri-insani hərəkət nümayiş etdirilən görüntülər varsa, bu da hökumət tərəfindən araşdırılacaq və cinayəti törədən şəxslər məsuliyyətə cəlb ediləcək. AİHM Azərbaycanı o zaman cəzalandıra bilər ki, şikayətçi tərəf olsun. Tutaq ki, Ermənistan Respublikası bir neçə “faktla” bağlı AİHM-ə müraciət edib. AHİM həmin şikayətlə bağlı Azərbaycana sorğu verir. Azərbaycan müvafiq tədbirlər görməsə, məsələn araşdırma aparmasa əlbəttə ki, Konvensiyanın müvafiq maddələrinin pozuntusu tanına bilər. AİHM qərar qəbul edərkən həm Hökumətləri cərimələyə bilir, həm də üzərinə müəyyən öhdəlik qoya bilər. Məsələn faktlar araşdırılsın, qanunvericilik təkmilləşdirilsin və s.", - deyə vəkil bildirib.

 

Azərbaycan indiyədək AHİM-ə müraciət edibmi öz əsirləri ilə bağlı. Bir nəticə olubmu?

Zibeydə Sadıqova deyir ki, Azərbaycan Dilqəm ƏsgərovŞahbaz Quliyevin işi ilə bağlı AİHM-ə müraciət edib və işgəncəyə məruz qalması, azadlıqdan məhrum edilməsi və s. hüquqlarının pozulmasından şikayət edib.

Onun sözlərinə görə, Konvensiyanın 3-cü (tutularkən, saxlanıldığı dövrdə, mühakimə olunan zaman qeyri insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması), 5-ci (tutularkən başa düşdüyü dildə həbsinin izah olunması, qanunla yaradılmış səlahiyyətli məhkəmə qarşısına çıxarılma, (həbsin qanunsuzluğunu mübahisələmdirmək üçün effektiv vasitəyə malik olma), 6-cı (ədalətli və açıq məhkəmə araşdırılması hüququ, dövlət qurumlarının onlar barəsində yaydığı bəyanatların təqsirlsizlik prezumpsiyası hüqqunun pozması, ittihamların başa düşüldüyü dildə məlumatlandırılmaları, 8-ci (doğma torpaqlarını ziyarət etmə ilə şəxsi və ailə həyatına hörmət hüququnun pozuntusu), 4 saylı protokolun 2-ci maddəsi (tanınmamış sərhədin qanunsuz keçirməyə görə ittiham olunmalarının hərəkət etmək azadlığını pozması), 13-cü (effektiv müdafiə vasitələrinə malik olma), 14-cü maddələrinin (etnik və ya milli ayrı seçkiliyə məruz qalma) pozuntusu əsas kimi göstərilib.

"2017-ci ildə AİHM bu işlə bağlı kommunikasiyaya başladı. Avropa Məhkəməsi Ermənistan Respublikasına bir sıra suallar ünvanlamdı: Dilqəm Əsgərov və Şahbaz Quliyev tutularkən onlara qarşı işgəncələrə yol verilibmi, həbs məhz qanuni səlahiyyətlərə malik olan məhkəmənin qərarı ilə baş veribmi, əsirlərin məhkəmənin həbs qərarını mübahisələndirmək üçün hüquqi imkanları mövcud idimi? AİHM həmçinin Ermənistan Respublikasından əsirlərin sağlamlıq vəziyyəti ilə bağlı rəsmi sənədlərin də təqdim edilməsini tələb edib. Bu iş üzrə hələ qərar qəbul edilməyib", deyə vəkil Zibeydə Sadıqova bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun