Türkiyədə hərbçilərin həbsi davam edir

Türkiyədə hərbçilərin həbsi davam edir
1 Dekabr 2020
Mətni dəyiş

“Anadolu” agentliyinin məlumatına görə, əməliyyat 39 vilayəti əhatələyir, artıq 63 nəfər saxlanıb

Türkiyədə 82 hərbçinin saxlanmasına order çıxarılıb. Bu, 2016-cı ildə dövlət çevrilişinə cəhdin arxasında durduğu bildirilən müsəlman vaiz Fətulla Gülen tərəfdarlarına qarşı əməliyyat çərçivəsində həyata keçirilir.

Gülen 250 nəfərin öldürüldüyü dövlət çevrilişində cəhddə əli olmadığını deyir. Ancaq dörd ildir Türkiyədə onun tərəfdarları olduğu deyilən şəxslərə qarşı əməliyyatlar aparılır.

63 nəfər artıq saxlanıb

“Anadolu” agentliyinin məlumatına görə, əməliyyat 39 vilayəti əhatələyir, artıq 63 nəfər saxlanıb.

Saxlamalar barədə orderi ölkənin qərbindəki İzmir vilayətinin baş prokuroru çıxarıb. Şəbəkəyə bağlılıqda şübhəli bilinən 848 hərbçinin isə işdən çıxarılması ilə bağlı tədbirlər görülüb. Onların sırasında yüksək vəzifəli zabitlər var.

Dövlət çevrilişindən sonra 80 min nəfər saxlanıb və məhkəməsini gözləyir, 159 min dövlət qulluqçusu, hərbçi və digərləri işdən çıxarılıb. Təkcə Türkiyə ordusundan 20 mindən çox hərbçinin qovulduğu bildirilir.

Ötən həftə Türkiyədə məhkəmə çevriliş cəhdinin liderlərini ömürlük həbsə məhkum elədi, Prezident Recep Tayyip Erdoğanı devirmək cəhdinə görə yüzlərlə zabit, pilot, mülki şəxslər məhkum olundu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun