Türkiyə İdlibdəki on iki müşahidə məntəqəsinin yeddisini boşaldıb

Türkiyə İdlibdəki on iki müşahidə məntəqəsinin yeddisini boşaldıb
19 Dekabr 2020
Mətni dəyiş

Türkiyə İdlibdəki 12 müşahidə nöqtəsindən yeddisini boşaltdığını və Türk əsgərlərinin Ankaranın dəstəklədiyi müxalifət qüvvələri olan bölgəyə çəkildiyini bildirib. Boşaldılan ərazilər Suriya ordusu tərəfindən mühasirəyə alınmışdı.

Türkiyənin Rusiya ilə 12 sentyabr 2018-ci ildə Soçidə əldə etdiyi razılaşmaya görə, Türkiyə İdlibdə 10 müşahidə məntəqəsi qurmuşdu. Ancaq müharibənin gedişində Suriya ordusunun yeni ərazilər əldə keçirməsi ilə birlikdə, sözügedən məntəqələr Suriya ordusunun mühasirəsində qalmışdı.

Bu baş verənlərdən sonra, Türkiyə bütün müşahidə məntəqələrində varlığını qoruyacağını bildirmişdi, ancaq oktyabr ayından etibarən mühasirədə qalan qüvvələrinin ərazidən çıxarılmasına başladı.

"Bu geri çəkilmək deyil, yer dəyişməkdir"

Reutersə məlumat verən bir Türk mənbə son köçürülmə prosedurlarının Cümə axşamı gecəsi tamamlandığını və Rusiya ilə əldə edilən razılığa əsasən, Türk əsgərlərinin Ankaranın dəstəklədiyi silahlı müxaliflərin nəzarəti altında olan bölgəyə yerləşdirildiyini bildirdi.

"Bu bir geri çəkilmə və ya əsgər sayısının azaldılması deyil, sadecə yer dəyişikliyi olub", - deyə mənbə bildirib.

Məlumata görə, Türkiyənin bu bölgədə 10-15 min arası əsgəri yerləşdirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun