Səudiyyə Ərəbistanında işgəncəyə məruz qalan qadın fəalın iddiası rədd edilib

Səudiyyə Ərəbistanında işgəncəyə məruz qalan qadın fəalın iddiası rədd edilib
23 Dekabr 2020
Mətni dəyiş

Səudiyyə Ərəbistanında işgəncəyə məruz qaldığı iddia edilən qadın fəal Lüseyn əl-Hezlul üçün açılan iddia paytaxt Riyad Məhkəməsi tərəfindən rədd edilib.

Səudiyyə Ərəbistanında yerləşən Sebk və Eş-Şark əl-Avsat qəzetlərinin xəbərinə görə, Məhkəmə, nəzarətə alınan qadın fəal Lüseyn əl-Hezlulun ailəsi tərəfindən 20 ay əvvəl açılan iddianın rədd edilməsinə qərar verib.

Məhkəmə iş çərçivəsində təqdim olunan sübutların və ifadələrin Hezlulun həbsxanada işgəncə görməsini təsdiq etmədiyi qənaətinə gəlib.

Qərardan 30 gün ərazində apelyasiya şikayəti verilə biləcəyi bildirilib.

Luceynin bacıları Lina və Alya Twitter hesablarında qərarı qəbul etmədiklərini açıqlayıblar.

"Luceyn yalan danışmır" başlığı ilə paylaşılan yazıda, "Luceyn yox, siz yalançısınız. Bunun ən böyük sübutu hakimin baş prokurorun işgəncə ittihamını rədd etdiyini göstərən protokolun bir nüsxəsini Luceynə verməkdən imtina etməsidir" deyə Luceynin bacısı Lina qərara etiraz edib. Luceynin digər bacısı Alya da qərara etiraz edərək bildirib ki, İşgəncə hadisələrinin 2 il əvvəl baş verməsi, bunun unudulacağı anlamın verməməlidir.

Avropa-Səudiyyə Ərəbistanı İnsan Hüquqları Təşkilatının prezidenti Ali ed-Dubisi Twitter hesabında məsələyə münasibət bildirərək yazıb ki, müdafiəsiz qalan bir qadın dövlətin vacib orqanları tərəfindən təklənib. Bütün dünya ona inanır və siz yalan danışırsınız.

Səudiyyə Ərəbistanında həbsdə olan dini alim Salman əl-Əvdənin oğlu Abdullah əl-Avde bildirib ki, məhkəmə istintaqında bəzi problemlərin olduğu səbəbini göstərərək, qərar 20 ay gecikdirilib və işgəncə cinayətləri gizlədilib.

Luceyn al-Hezlul, Iman en-Nefcan, Nevf Abdulaziz, Azize al-Yusuf və Rukayya el-Muharib də daxil olmaqla bir qrup Səudiyyə Ərəbistanılı qadın fəal 2018-ci ildə dövlət maraqlarına zərər vermə ittihamı ilə həbs ediliblər.

Amnesty International və Human Rights Watch da daxil olmaqla bir neçə insan hüquqları təşkilatı fəalların işgəncələrə məruz qaldıqlarını bildirib. Səudiyyə Ərəbistanı hökuməti iddiaları rədd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun